Bu ölkə Azərbaycana investisiya qoyuluşunu 3 dəfə artırdı


Bu ilin I yarısında Niderlandın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 60,1 milyon ABŞ dolları təşkil edib.

Turkustan.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə və yaxud 40,3 milyon ABŞ dolları çoxdur.

Yanvar-iyun aylarında Azərbaycana birbaşa xarici investisiyalarıa Niderlandın payı 1,6% olub.

Hesabat dövründə Azərbaycan isə Niderland iqtisadiyyatına 11,05 milyon ABŞ dolları yönəldib (il ərzində 6 dəfə artım), bu yatırımların ölkənin ümumi xarici investisiyalarındakı payı isə 0,2% təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,666 milyard ABŞ dolları təşkil edib (il ərzində 13,8% artımla), Azərbaycan isə xaricə 5 milyard ABŞ dolları investisiya yatırıb (3,7 dəfə artımla).


MANŞET XƏBƏRLƏRİ