Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının Baş Qərargah rəisləri Ər-Riyadda bir araya gəlib.
Turkustan.az xəbər verir ki, Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində keçirilən görüşdə iştirak edib.
Türkiyə Baş Qərargahının sosial media hesabında yayılan məlumata görə, görüşdə Pakistan Müdafiə Qüvvələri və Ordu Qərargah rəisi marşal Seyid Asim Munir və Səudiyyə Ərəbistanının Baş Qərargah rəisi general Feyyad bin Hamed əl-Ruvaili də iştirak edib.
Tərəflərin görüşü saziş çərçivəsində müdafiə sahəsində əməkdaşlığın və koordinasiyanın müzakirəsi baxımından əhəmiyyət daşıyır.
Aytən Yaşar/ Turkustan.az