ABŞ Prezidenti Donald Tramp İranın 7 günlük atəşkəs təklifini rədd etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Çin Prezidenti Si Cinpinin Ağ Evə səfəri ilə bağlı açıqlamasında İran və Çinlə bağlı məsələlərə də toxunub. O, Tayvan məsələsinin də müzakirə edildiyini və Si Cinpinin ABŞ-ın mövqeyini başa düşdüyünü deyib.
Trampın sözlərinə görə, İran ABŞ-a 7 günlük atəşkəs təklifi ilə müraciət edib, lakin Vaşinqton bu təklifi qəbul etməyib.
“The Wall Street Journal” isə adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazıb ki, Tramp noyabr ayında keçiriləcək Konqres seçkilərindən sonra İrana qarşı hücumları bərpa etməyi nəzərdən keçirir.
Aytən Yaşar/ Turkustan.az