Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Bütöv Azərbaycan dövlətçiliyi üçün geostrateji və milli-etnoqrafik, tarixi-mədəniyyət irsi anlamında Bürc Əli/Borçalı mahalı (6100-6700 kv.kmərazidə) hansı əhəmiyyət kəsb etmişdirsə (və tarixini yaşamışdırsa), eyni ilə Osmanlı Türkiyəsi/Türkiyə Cumhuriyyəti üçün də Cəvahirli/Məhsəti bölgəsi (sahəsi 2608 kv.km) coğrafi-tarixi dəyərə, zəngin maddi-mədəniyyət ocaqlarına, dini-sakral irsə və etnomilli keçmişə malik olmuşdur.
“Türk dünyası coğrafiyası”nın şərq hüdudlarında, Türküstan diyarının Təklə-Məkan vadisi (337 mn kv.km) əski Sak-İskit, Hun-Quz...etno-soyköklü dəngələrin tarixi məskənləri olaraq “Köçəri/Tərəkəmə mədəniyyəti”nin aşırı, sınırdan uzaq Təbəddülat mərhələlərinə e.ə. I minillikdə-I miniliyyin əvvəllərində güclü təsir göstərmiş, Qərb tarixçilərinin (amerikalı prof. V.H.Meyr (1943-2026), alman prof. K.Cettmar (1918-2002)...əsərlərində), “Sovet tarixi ensklopediyası”nda (1973) Toxarlar adlandırdığı Təkləlilər Aralıq və Qara dəniz hövzələrinə, kökənli yurdlara doğru böyük yol qət etmişlər. Bu səbəbdən vadinin müasir orotoponimləri (Aral, Ağsu, Qızılsu, Əskişəhər...şəhərləri, Qarağan/Qarğan, Xızır, Qönçədərya...çayları....,Qumtağ səhrası...) “Türk dünyası coğrafiyası”nın ümumişlək yer adları ilə təkrarlanır, eyni etimoloji məna daşıyır, yəni, Türkdilli xalqların şifahi nitqi ilə yaranan toponimlərin etnogenetik təməl prinsiplərini ifadə edir...
Hun-Quz, Qıpçaq-Biçənək, İskit-Sak...etnosoy və eyni ailə-dil kökənli etnogenetik bağlılığı olan Cəvahirli/Məhsəti və Təkləli Türklərinin gen-qan bağlılığı istər Anadolu-Qafqaz yaylalarında, istərsə də, Bəygöl/Baykal gölündən Altundağ/Hundağ qurşağınadək uzanan coğrafi məkanların əski şifahi dil tərzində yaranmış adlarının etimoloji anlamında asanlıqla işartı verir.
Kür çayının yuxarı hövzələrində, Ərdəhun/Ərdahan bölgəsindən keçən hissədə e.ə.II minilliklər yaşlı şəhər-qala tikililərinin qalıqları, Kür çayının yatağı boyunca pilləli daş səngərlər və dini-sakral ocaqları (Ərdincə nahiyəsinin Sarı kəndi yaxınlığında, şəhərdən cənub-şərqə doğru 7 km aralıda), orta əsrlər dövlət möhürlərinin vurulduğu qəsrlər (Əhəlcik şəhərində XII, XIV, XVI əsrlərə aid Atabəylər sülalələrinin iqamətgahları, Əhəlcik qalası (IX əsr), Hacı Əhməd paşa/Əhmədiyyə məscidi (eynisi əl-Quds/Yerusəlim şəhərindəki Ömər ibn Xəttab məscididir) və ailəsinin məzarlığı, şəhərdən 26 km cənub-şərqdə hərbi müdafiə istehkamı (1770-ci ildə Türklərlə gürcülər arasında döyüşlərin getdiyi yer), Əhli-Təkləli şəhəri yaxınlığında (10 km aralıda) Kəmərli-Alban məbədi (964-cü il, Şərq memarlığının dini-sakral məzmunlu indi baxımsız qalan abidədir...)....bir daha sübut edir ki, Cəvahirli/Məhsəti nahiyələrinin 3-4 min illik məskunlaşma tarixi mədəni mərhələ salnaməsi ilə zəngindir, ərazinin miktotoponimləri belə bu yaddaşı hələ də qoruyub saxlamaqdadır...
Cəvahirli/Məhsəti bölgəsinin coğrafi bölgüsünün relyef-landşaft müxtəlifliyinin bütövlüyünü, etnomilli mənşəyinin şəddi-şirəsi məxsusi toponimlərinin etimoloji mənalarında aydın görünür. Adıgün nahiyəsinin yaşayış ocaqları təbii-coğrafi şəraitinə və etnomilli dəyərlərinə görə yaranma tarixi ilə yanaşı, onomastik genezisi ilə də sırf Türkdilli fonetik-leksik tərkibə malikdir – Görqulu, Poladlı, Çala, Zərzəmi, Dərəselli...., Əhliçə inzibati-ərazi dairəsində Aral, Çala, Ərçul..., Ərdincə oymağlığında Taxça, Damala, Arpa, Təzəköy, Bəzirxana, Buzlu, Qoyundərə, Daşlıca...., Əhli-Təkləli hüdudlarında Məcidiyyə, Xasbinə, Xanlıq...kəndlərinin, Qaraxan və Çuxurnur dağının...., Hunqar təpə yüksəkliyinin, Əbili gölünün.... onomastik-genetik/etimoloji təhlili bu fikrimizi bir daha təsdiq edir.
Haşiyə. Poladlı kənd adına Qərbi Azərbaycanın Aralıq nahiyəsində, eləcə də, Qubadlı, Gədəbəy, Ağcabədi, Ağdam, Qobustan rayonlarında, Çalakənd kəndinə Göyçə gölünün şimal-şərqində, Qaraqoyunlu nahiyəsində, Qəzvin mahalında, Məhəmmədiyyə nahiyəsində, Məcidli kəndinə, Buzxana kəndinə Qarni nahiyəsində oykonim kimi, Kəlbəcər və Gədəbəy rayonları ərazisində Buzluq dağı, İsmayıllı rayonu, Sulut kəndi ərazisində Buzxana, Naxçıvan diyarının Şərur və Ordubad rayonlarında Böyük Tağlı Buzxana abidələri, Xanlıq kəndinə Ü(İ)çmüəzzin nahiyəsində, Qubadlı rayonunda, Arpa çayına Qərbi Azərbaycan və Naxçıvanda....rast gəlinir, Türkdilli milli-mənəvi irs nümunələri kimi “Türk dünyası coğrafiyası”nın minilliklərlə yaşı olan xronoloji-salnamə, milli yaddaş səhifələridir....
Cəvahirli bölgəsinin ən uca zirvəsi Dədə Əbili dağı (3305 m) Şəmsər dağ qurşağındadır.
Qədim Türkmən-Oğuz tayfalarından olan Təkləli əhlinin (Təklə-Məkan çöllərinin kökənli qövmü) Osmanlı Türkiyəsinin Ərdəhan böğləsindəki Cəvahirlilər kəsimi XIX əsrin sonlarında və XX əsrin ortalarında milli-tarixi məhrumiyyətlərə ellikcə dücar olduqları üçün əski yurdlarından-Kür çayının orta axarlarındakı Məhsəti nahiyələrindən süngü ilə, zorla ayrılmalı olub...amma yenə də İlahinin Hökmü ilə üzü Türküstan diyarına doğru....120 min nəfərdən çox Cəvahirli/Məhsəti Türkü 1944-cü il, noyabr ayının 14-15-də Qazaxstan, Özbəkistan, Qırğıstan...yurdlarına/ocaqlarına sığınmışlar...mənfur rus-hay-gürcü səlahiyyətlilərinin vəhşiliyi ucbatından....
Minilliklər ərzində Türk özgürlüyünü qoruyub saxlayan, milli-mənəvi, tarixi-maddi, mədəniyyət, dini-sakral fəlsəfi...dəyərlərini inkişaf etdirən, sonsuz zəhmət və ilahi yaradıcılıq amacının yenilməzliyini yaşadan...Əhli Təkləlilər XIX əsrin sonlarında çar Rusiyasının tabeliyinə qatılsa da, Osmanlı Türkiyəsinin Qala qapıları olub, Ərdəhan paşalığına arxa duran yüksək dağ qurçaqları timsalında qalxan olub.
Cəvahirli/Məhsəti torpaqlarının tarixi-coğrafi mənsubluğu bölgənin yer adlarında (landşaft-relyef örtüyünün tərkib hissələrinə aid onomastik vahidlərdə, antronim, oronim, hidronim, oykonim...və başqa toponimlərdə) ifadə edilir, yad dillərin filoloji təsirlərinə məruz qalınsa da, etimoloji anlamda şifahi və yazılı dil ilkinliyini, qədim maddi-mədəniyyət abidələrini (Koroğlu dağında (2760 m hündürlükdə) sal qayalıqlardan/daş lövhələrindən yaranmış qala (Əbili qalasının eynisi), sığınacaq guşələri, XVI əsr Şərq sakral memarlığının yadigarları Minbaşak/Minsünbül və Öngül məbədlərinin qalıqları durur, Börk və Qayabəyi məscidləri isə indi də ibadət ocaqlarıdır...
Bölgənin ən uca dağ zirvəsi olan Dədə Əbili (3305 m) sakral-mistik ocaq olub, adında hər iki ucalığı, böyüklüyü, piraniliyi yaşadıb, minilliklərlə bu torpaqlarda izi qalan ulu əcdadlarına məxsus təbiət oymaqlarına/yaylaqlarına sərf-nəzər yetirib. Zirvədən 8-10 km şimal-qərbə tərəf Hunqartəpə (2420 m) ucalır (Şərqi Avropanın Türk mənşəli dövləti-Macarıstan rəsmən-“Hunqari” adlanır), həndəvərində Çuxurnur yüksəkliyi (214 m) olmaqla.Yüksəkliyin yaxın, cənubunda, dağ gölü-Çəlingöl ətrafında Qara Qala istehkamının qalıqları durur, bu yerləri Kərinbulağın qaynadığından Kərinçayır sucağlığı bürüyüb...
Yuxarıda adları çəkilən orotopnimlər Buzxana kəndindən şimal, şimal-şərq və şərq istiqamətlərində 2-10 km-lik məsafədə yerləşir. Kəndin cənubunda isə Qaraxana dağı (2080 m), Əbili kəndindən 5-6 km cənub-qərbdə, 950 m yüksəklikdə Taxçakənd, 2240 m-də isə Əbili gölü var. Göldən bir xeyli aralıda Kişik Əbili zirvəsi (2800 m), cənubu isə Çalovtəpə yüksəkliyinin 92316 m) ətəkləridir (Qobustan bölgəsinin Çalov kəndi tarixi qədim yurdlardan biridir).
Dağ çəməlikləri, Oğuz-Türkman bəylərinin, tərəkəmə elatının yurd saldıqları güllü-çiçəkli dağ yamaclarının əsrarəngiz havası, bulaqlarının saf suyu, hala,bərəkətli torpaqları.... yağı tapdaqlarının yabançı izlərindən də usanmayıb.
Azğın düşmənlərin şeytani niyyətlərinin qurbanı olan Oğuz-Türkman tayfalarının Təkləli soylarından/qollarından (Təklə-Məkan torpaqlarının ulu əcdadlarının Ruhunu canlarında daşıyanlar) Türküstan diyarına zorla köçürülmüş...daha çox hissəsi Fərqanə vadisinində yaşamışdır-1989-cu ilədək...rus-hay dəstələri tərəfindən törədilən qanlı iğtişaşlara qədər...elə bir yerlərində ki, qışın sazağı iliyi dondururdu, çəyitkə-əqrəb sürüsündən qorunmaq üçün iki şalvar geyinilirdi, corabla hörülürdü...yayın istisində....
Bu hal Özbəkistanın Buluqur, Kaharet... kəndlərində də, Qırğızstanın Çolpon-Ata nahiyəsində də, Qazaxstanın cambul şəhərində də...yaşanıb, Nazari Halim Şükür oğlunun (1905-1988), qardaşı Zuri Kazım (1908-2003)...ailəsində....
1958-1959-cu illərdə də Azərbaycana qayıdanlar olub, Qax, Saatlı, Sabirabad, Xaçmaz, Quba, Şamaxı, Qobustan...nahiyələrində yaşayıblar.
İsti ocaqlarına qor yağan 120 min nəfərin hər biriniin həyatı bir neçə cildlik salnamə yazısı dəyərindədir.
Azərbaycanı Vətən bilib torpağına sığınan, havasına bürünən, Səmərqənd nahiyəsindən qopub ayrılan, Xəzər dənizini keçən Məhsəti Türklərinin ilk gəlişi 1958-ci ilin ortalarına təsadüf edib, Səhəmbər Xəlil oğlunun (1938-2008) nisgilli yurd səfəri. Bəlkə də bu istək ilk növbədə qan-gen yaddaşının mistik duyğusallığı ilə bağlı olub, axı onun anası....Mahmud qızı (1905-2013) Şuşa şəhəri əsilli idi, Cəvarili bölgəsinin Adıgün nahiyəsinin, Saxan kəndinə gəlin köçüb....
R.S. Cəvahirli/Məhsəti bölgəsinin yer adlarının təhrif edilməsi, dil-leksik ifadəsinin dəyişdirilməsi və semantikasının məna uyğunsuzluğu neçə yüzilliklərdir ki, davam edir, belə ki, Koroğlu dağı-“Шаори”, Şəmsər dağı-“Самсар”, Dədə Əbili zirvəsi-“Диди Абили”, Ərdincə nahiyəsi-“Асминдза”....adlandırılır və xəritələrdə bu cür qeyd edilir.
(Yazının hazırlanmasında həm də Məhsəti/Cəvahirli Türklərinin Türküstan diyarında yaşayanlardan biri, ictimai fəal Xalid Səhəmbər oğlu Xəlilovun (1962) məlumatlarından istifadə olunub).
(ardı var)