Vensdən İran açıqlaması: Müəyyən irəliləyişlər əldə edilib


ABŞ-ın vitse-prezidenti JD Vens İranla danışıqlarda müəyyən irəliləyiş əldə edildiyini və razılığa gəlmək ehtimalına nikbin yanaşdıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Vens Endryus Hərbi Hava Qüvvələri Birgə Bazasında jurnalistlərə açıqlamasında İran tərəfi ilə bir sıra müsbət danışıqlar apardıqlarını deyib.

“Prezident Donald Tramp və mən danışıqlar yolu ilə kompromisə nail olmaq ehtimalına olduqca nikbin baxırıq. Bu istiqamətdə işimizi davam etdirəcəyik”, – deyə vitse-prezident bildirib.

İranın “həmişə bir qədər gözlənilməz” olduğunu iddia edən Vens əlavə edib ki, Trampın bu ölkə ilə bağlı həm hərbi, həm də qeyri-hərbi seçimləri var.

“Biz müəyyən irəliləyiş əldə etmişik. Görək daha çox nailiyyət əldə edə biləcəyikmi?” – deyə Vens vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ