Tofiq Zülfüqarov Türkiyə XİN başçılarını müqayisə etdi: "Çavuşoğlunun dövründə..."


Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan-Türkiyə münasibətlərində yaranan gərginliklə bağlı fikirlərini bölüşüb.

Turkustan.az xəbər verir ki, sabiq nazirin sözlərinə görə, məktəbdə hicab məsələsi, İsraillə əməkdaşlıq, Fələstinli uşaqlarla həmrəylik və digər mövzular kimlərinsə öz maraqlarını həyata keçirmək üçün istifadə etmək istədiyi məsələlərdir.

Keçmiş nazir hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafından kimsə öz şəxsi maraqları naminə Azərbaycanda qərar qəbul edən şəxslərə təzyiq sistemi yaratmaq qərarına gəlib.

“Əminəm ki, bu reketçilik nəticə verməyəcək və uzunmüddətli ola bilməz. Bunu həm Azərbaycanda, həm də Türkiyədə müttəfiqlik münasibətlərinin möhkəmlənməsinin tərəfdarı olan sağlam qüvvələr anlayır. Əminəm ki, onlar iki ölkə arasındakı müttəfiqliyin güclənməsinə qarşı çıxanları zərərsizləşdirəcəklər”, - deyə o vurğulayıb.

Tofiq Zülfüqarov Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun fəaliyyət dövrünü indiki vəziyyətlə müqayisə edib:

“Mövlud Çavuşoğlunun dövründə Azərbaycanla xarici siyasət sahəsində heç bir problem yox idi. Bu, artıq aydın görünür”./modern.az


MANŞET XƏBƏRLƏRİ