Merz: Ukraynanın Rusiyadakı hədəflərə zərbə endirməsi ağlabatandır


Almaniya kansleri Fridrix Merts Ukraynanın Rusiyanın hədəflərinə endirdiyi zərbələri “düzgün, ağlabatan və başadüşülən” hesab etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Merts Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən sammitindən sonra təşkil olunan mətbuat konfransında Ukraynadakı vəziyyətdən ciddi narahatlıq keçirdiklərini vurğulayıb.

Kansler Ukraynanın enerji infrastrukturuna ciddi ziyan dəydiyini qeyd edərək, ölkənin Rusiyanın hədəflərinə zərbələr endirməsini mövcud şəraitdə başadüşülən hesab etdiyini bildirib.

Merts qış aylarında və gələn il Ukraynaya yardım göstərilməsi məsələsində Avropa liderləri arasında geniş razılığın olduğunu da vurğulayıb. O əlavə edib ki, Ukraynanın maliyyə ehtiyacları Avropa Komissiyası tərəfindən araşdırılacaq.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ