Rusiya Türk Dövlətləri Təşkilatı ilə bağlı bəyanat yaydı


Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində iştirakı ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təklifini şərh edib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Rusiyanın türk mənşəli xalqların yaşadığı çoxsaylı bölgələrə malik olduğunu və bu baxımdan TDT-nin fəaliyyətində iştirakının məntiqli olacağını bildirib.

Tokayevin Rusiyanın TDT-yə qoşulması üçün addımlar atılması ilə bağlı açıqlamasına münasibət bildirən Kremlin sözçüsü hələlik rəsmi dəvət almadıqlarını deyib. O, bu məsələnin Qazaxıstanla təmaslar zamanı müzakirə ediləcəyini qeyd edib.

“Rusiyanın türk kökləri olan xalqların yaşadığı çoxsaylı bölgələri var. Buna görə də Rusiyanın TDT-nin işində iştirak etməsi məntiqli olardı. Söhbət Rusiyanın konkret bölgələrindən deyil, bütövlükdə Rusiyadan gedir”, – deyə Peskov vurğulayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ