Tələbələr də nəqliyyatda 1 qəpiyə gedəcəklər? – AÇIQLAMA


Məlum olduğu kimi, 2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq.

Bəs belə xidmət tələbələr üçün də keçərli olacaqmı?

Məsələ ilə bağlı Təhsilin İnkişaf Fondundan bildirilib ki, tələbələr üçün hazırda nəqliyyatda endirim mövcuddur.

Qeyd edilib ki, nəqliyyatda TələbəPlus kartı ilə istifadə edildiyi zaman 10 faiz bonus tətbiq olunur, o da Təhsilin İnkişafı Fondunun kartıdır və tələbələrə məxsusdur: “Hazırda 30 ali təhsil müəssisəsinin 200 mindən artıq tələbəsi bu endirimdən yararlanır. Endirim isə yalnız TəhsilPlus kartı istifadəçiləri üçündür və təhsil işçiləri üçün nəzərdə tutulub. Təbii ki, irəliləyən zamanda bu kimi endirimlərin tələbələr üçün də olması bizim üçün də arzuolunandır. Sadəcə olaraq bunu yalnız Təhsilin İnkişafı Fondu icra etmir, onun özünün partnyorları var. Bu endirim də “Mastercard” tərəfindən təklif olunub. Bu kart isə yalnız TəhsilPlus üçün keçərlidir. TələbəPlus kartında isə viza şirkətidir. Bu xidmətin tələbələrə də keçərli olması üçün təşəbbüs göstərilməlidir”. /Pravda.az/


MANŞET XƏBƏRLƏRİ