Xəzər Xaqanlığı



Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

Xəzər etnosunun formalaşması və dövlətin yaranması

Türk tay­falarının oğuz-qıp­­çaq qru­puna mənsub olan xəzərlərin etnik və si­ya­si tarixi çox zəngin­dir. Orta əsrlər Bi­zans və ərəb müəlliflərinin əsər­­lərində xə­zər­lər, birmənalı ola­raq türk tay­fa­sı kimi qeyd edilir. Xəzərlər isə öz­lə­rini uqor, avar, ğuz, barsil, ono­qur, bolqar və sa­virlərlə əq­raba sayırlar. Ərəb müəl­lif­ləri İs­təx­­ri və İbn Hövqəl “bol­qar dili xəzər di­linə bən­zə­yir” şəklində açıqlamalar ver­miş­dir.

İlk dəfə xəzər adı­­­na Moisey Xoren­ski­nin əsə­rin­də 193-213-cü illər ha­di­sə­ləri ilə əlaqədar çəkilir. La­kin xəzərlərin ha­kimiyyət qur­­duqları coğrafiya üzə­rin­də­ki var­lıqlarını, bölgədə dövlətlərini təsis et­dikləri ta­rix­­dən daha əvvəlki dövrlərə apa­­­­rıb çıxaran fərziyələr mövcuddur. O.Ka­ratay bu fərziyələrə istinad edərək e. ə. II əsr­­də bölgədə xəzər­lə­rin var­lı­ğı­na rast gə­­lin­di­yi­­­ni yazır.

Xə­zərlər haqqında daha eti­­barlı mən­bə­lər isə VI əs­rə aid­dir. Ərəb müəl­lif­­­­lə­rin­dən Əl Bə­lazuri (IX əsr) və İbn əl-Əsir (XII əsr) xə­zər­lərdən bəhs edə­­rək on­la­rın Sa­sani şahı I Qubadın döv­rün­də (486-531) Gür­cüs­ta­nı və Azər­bay­ca­nı ələ ke­­çir­dik­lərini, eyni zamanda sa­sa­ni­lərlə xəzərlər asındakı qar­­şıdurmaların baş­lan­ğı­cı­nın İranın şimal sərhədlərində sa­virlərin ən güclü qəbilə ola­­raq göründüyü dövrə bağ­­ladıqlarını yazırlar. M.İ.Ar­ta­­manov “Xəzər tarixi” əsə­rin­­də ərəb müəl­lif­lə­­rinə is­ti­­­nadən Qubadın şi­mal­dakı düş­mənlərinin xəzərlər ol­du­ğu­­nu vurğulasa da, ancaq sa­­virlər haqqında ol­duq­ca co­mərd məlumatlar verən VI əsr Bizans tarix­çilərinin bu dövr­­də heç bir yer­­də xə­zər adından bəhs etmədiyini ya­­zır.

Xə­zərlər bir tay­fa olaraq, İdi­­lin aşağı axar­la­rın­da, Don ça­yı bo­yu düzlərdə, Da­­­ğıs­­ta­nın şi­ma­lın­da, Xəzərin qərb sa­­hillərindən Su­la­ka qədər olan ərazilərdə, Qərb­­də Do­­nun aşağı axarında və Xəzərin şi­­malında tə­şək­kül tap­mış­dır. M.İ.Ar­ta­ma­­­nov, P.Qolden və Dunlopa görə, xəzər­lə­­­rin tarix səh­nəsinə çıxışı 531-579-cu il­lər ara­sın­da, Sasani hökmdarı I Xosrovun döv­­ründə baş ver­mişdir. Bizans müəlli­fi Pro­kopi isə xəzərlərin suvar türkləri ol­du­ğu­­nu yazır. Mü­əyyən zaman kəsi­yin­də xə­zər­lər yük­sələrək boy birliyi içində önə çıx­­mış və et­­nik adını geniş kütlələrə yay­mış­­dır.

VI əsr suriyalı müəllif Efesli İoann “Tarix” əsə­rin­də xəzərlərin ata yurdunun Ski­tiya olduğunu qeyd edir. Müəllif Bizans im­pe­ratoru Mavri­ki­nin hakimiyyəti il­lə­rində daxili Skitiyadan öz tayfaları ilə birgə üç qar­­­daşın çıx­dı­ğı­nı yazır. Onlardan biri Bulqar Roma imperiyasının sərhədlərinə getmiş, iki­si isə alan­ların Barsiliya ad­landırdıqları ölkəsini zəbt etmişlər. Ölkə üzə­rin­də yad xalq hökm­ranlıq etməyə baş­layandan sonra oranı 2 qardaşdan böyüyü olan Xa­­za­ri­kin adı ilə xə­­zərlər ad­lan­dır­mağa başladılar. Bizans tarixçisi Feofan Nikifor isə xə­zər­lərin bö­yük xalq ol­du­ğu­­nu və onların Bersiliya ölkəsindən çıxdığını yazır. Ber­­si­li­ya mü­a­sir Dağıstanın şi­mal ərazilərini əhatə edirdi.

L.N.Qumilyov “Xəzərin kəşfi” əsərində yazır ki, “Xəzərlər işğalçı hunlarla sar­­mat qadınlarının varisləridirlər və Barsil ökəsində bulqar tayfası olan barsil­lərlə qon­­­şuluqda yaşayırdılar. Sonradan bunların hər üçü qaynayıb-qarışaraq xəzər xal­qı­na çevrildilər. Barsil ölkəsi Terek və Volqa çayları arasındakı düzənlikdə yer­ləşirdi”.

Xəzərlərin mənşəyi və tarixi ilə bağlı yeganə tarixi mənbə olması baxımın­dan son dərəcə qiymətli hesab olunan “X əsr yəhudi-xəzər yazışması”nda Xəzər xa­qan­lı­­­ğının siyasi və din tarixi, coğrafiyası və qonşu dövlətlərlə münasibətləri ilə bağlı ma­­raqlı məlumatlar öz əksini tapıb. Məktublaşmanın təşəbbüskarı Kardoba xəlifəsi III Adb-ər-Rəhmanın sarayında faktiki olaraq ikinci şəxs sayılan, maliyyə və dip­lo­ma­­tik əlaqələrə rəhbərlik edən Xasday ibn Şafrut başqa ölkələrdə olan yə­hu­di icma­la­­rına himayədarlıq etməyə can atırdı. O, Xorasandan Kardobaya gələn şərq tacir­lə­rin­­dən xəzərlərin varlığı, onların qüdrətli dövlətə malik olmaları və iuda­izmi qəbul et­­mə­ləri haqqında öyrənir. Bu xəbərə son dərəcə təəccüblənən Xas­day, əvvəl buna ina­n­­mır. Bir müddət sonra isə Kardobaya bizans elçiləri gəlirlər və Xas­dayla görüş­dük­­ləri zaman, xəzərlərlə bağlı məlumatları təsdiq etməklə yanaşı, bu dövlətin Bi­zan­­sa yaxın məsafədə yerləşməsi və hazırkı Xəzər hökmdarının adı­nın İosif (Yusif) ol­­duğunu da söyləyirlər. Ümumilikdə, məktubda Xasday ibn Şaf­rut xaqana 30 sual ünvanlayır və bu sualların hər birinə cavab verməsini xahiş edir. Biz hamımız hökmdar oğlu hökmdarıq!”. Böyük ehtimal ki, məktubu Xasdayın de­dik­ləri əsasında şəxsi katibi Menahem ibn Saruk qələmə almışdır.

Möhtərəm yəhudi Xasday ibn Şafrutun Xəzər hökmdarı İosifə məktubuna ca­va­­bında xaqan yazır: “Sən öz məktubunda soruşursan ki, biz hansı xalqdan, han­sı tay­­fadan və nəsildənik (əmələ gəlmişik). Bil ki, biz Yafəsin övladlarının, onun oğ­lu To­­­qarmanın oğullarının nəslindənik. Biz hamımız hökmdar oğlu hökmdarıq. Biz əcdadlarımızın şəcərə kitablarından öy­rən­dik ki, Toqarmanın 10 oğlu olub. Budur on­ların adları: Aqiyor, Tiras, Avar, Uqin, Biz-l, T-r-na, Xazar, Z-nur, B-l-q-d, Sa­vir”. Qeyd edək ki, tədqiqatçılar məktubda bə­zi hərflərin pozulmasını əsas gə­ti­rərək (hərf­lərin yerinə /-/ işarəsi qoyulub) adların bir neçəsinin tam mətnini mü­əy­­yən­ləş­di­rə bilməyiblər. Sözünə davam edən xa­qan “biz Xəzərin oğlanlarından tö­­rəmişik: bu (oğullardan) yeddincidir” deyə yazır.

Bizans imperatoru tarixçi Konstantin Baqryanarodnı (X əsr) xəzərlər və on­lar­­­la qonşu olaraq yaşayan xalqların yaşamlarını detallı şəkildə araşdırmışdır. Onun Şi­­­mali Qafqaz və Qara dənizin şimalında yaşayan xəzərləri və digər türk xalq­larını is­­­kitlər deyə adlandırması olduqca önəmlidir. Əslində bolqarlar kimi xə­zər­lər də Cə­nub-Şərqi Avropanın hunlardan əvvəlki türk tayfalarından biri sayılır. R.Özdək Şər­­qi Avropada ən böyük türk dövlətlərindən birini quran xəzərləri sabar türklərinin da­­­vamı hesab edir və xəzər etnonimini “gəzər, sərbəst dolaşır” sözləri ilə eynilik təş­­kil et­diyini yazır. Mahmud Kaşğarlı xəzər etnonimini sadəcə “türk dünyasında bir yer” olaraq tərif edir. İstəxri “bulqarların dilinin xəzərlərin dilinə bənzədiyini”, Bi­ru­ni isə bulqar və savarların (yəni İdil Bulqariyasında danışılan sa­bir­cə-T.C) dilinin “türk­­cə ilə xəzərcənin qarışığı” olduğunu söyləyir.

Qərbi Göytürk xaqanlığının Qara dəniz-Xəzər bozqırlarında mövcud olan boy­­­­ların buraya göytürklərlə birlikdə gəldiklərini və burada güclü tayfa ittifaqları, son­­­­radan dövlət yaratdıqları tarixdən məlumdur. Bu türk boylarına rəhbərlik etmiş xa­­­­qanlar Bizans ilə ortaq düşmən olan Ərəb xilafətinə qarşı birgə ittifaq for­ma­laş­dır­­mış­­dılar. Ancaq VII əsrin ortalarına doğru Qərbi Avrasiyadakı Göytürk fenome­ni əv­­vəlki qüdrətini itirdi və şərqə doğru çəkildi. Peter Qoldenin fikrincə “qüd­rə­tini itir­­miş göytürklər özlərindən sonra iki varis dövlət buraxdılar: Xəzər və Bulqar xa­qan­­­lıqları. Bu iki köçəri siyasi güc qısa müddət sonra Qara dəniz bozqır böl­­­gə­sində ha­kimiyyət uğrunda mücadiləyə kilitləndilər. Artıq 670-ci illərin son­la­rı­na doğru bun­­dan xəzərlər müzəffər çıxdılar”.

Tarixi mənbələrə görə, gürcü hökmdarı Mirvan (e. ə. 167-123) xəzər hü­cum­la­­­rın­dan qorunmaq üçün Dəryal keçidində istehkam qurmuşdur. F.Ağasıoğlu er­mə­ni tarixçisi M.Xorenatsiyə (V əsr) istinadən yazır ki, II əsrin sonu-III əsrin əv­vəl­lə­rin­də (193-213) xəzər və barsil boyları birlikdə Alban ölkəsindən keçib, Ər­mən (Ər­məniyə) torpaqlarına girdilər. Sasani-Bizans müharibələrində əvvəllər Ar­sak hökm­darlarına kömək edən xəzərlər III-IV əsrlərdə, əsasən, Ərmən ərazisində ge­­dən belə sa­vaşlarda daha çox Bizans ordusuna yardım edirdilər və təbii ki, yolla­rı Azər­­bay­can­dan keçirdi.

Tanınmış dilçi alim F.Ağasıoğlunun fikrincə, Xəzər dövlətini quran bəy­lər göy­­türk xaqanları sülaləsindən, Aşina soyundan idilər, lakin bütövlükdə xə­zər­lər mi­­laddan öncə Urmu gölü hövzəsindən çıxan barsil-azər boylarından olub, Xə­zərin şi­malında məskən salan türklər idi. Xəzərlər müstəqil dövlət qurana qədər sa­qat (skit), hun və avar türk hökmdarlarına tabe olan boylardan olmuş, zaman-za­man on­larla birlikdə, bəzən də ayrılıqda Alban, İber və Ərmən ərazilərinə yü­rüş­lər­də iş­ti­­rak et­miş­dilər.

Qərbi Hun imperiyasının tabeliyində olan xəzərlər Atillanın ölümündən son­ra ye­­nidən to­parlanıb müstəqil siyasət yeritmək fürsəti əldə etdilər. Hətta 457-ci il­də yol­­larındakı sasani qarnizonlarını dağıdıb, İran torpaqlarına endilər və oraları yağ­­ma­­­layaraq Azərbaycana qayıtdılar. O zaman Kür-Araz ovalığında məhkəmlə­nən xə­zər­­lər İberiya, Gürcüstan və Ərməniyə tərəfə basqınlar etdilər. Bundan va­himə­yə dü­şən sasanilər hətta Bizansdan yardım istəmək məcburiyyətində qalmışdı. Bəhs olu­nan dövrdə Avropanın mərkəzində yaranan Avar xaqanlığı xəzərləri də öz ta­­be­li­yinə almışdı. Bundan yararlanmağa çalışan Sasani şahı I Qubad onlardan qo­run­maq məq­sədilə Dərbəndə qədər çoxlu sayda belə müdafiə istehkamları inşa et­dirdi. Ərəb ta­rixçisi Təbəriyə görə, xəzərlərlə vuruşan I Xosrov Ənuşirəvan on­lar­dan 10 minini Azər­baycanda yerləşdirdi...

(ardı var)


MANŞET XƏBƏRLƏRİ