" ABŞ-nin hazırladığı bir layihəyə görə İranın parçalanması qaçılmazdır. Həmin layihənin icrasını isə ABŞ ordusu həyata keçirməlidir. Bunun üçün isə hər cür addım atılır. Beləliklə, İran 5 yerə parçalanmalıdır. Bununla da “Tramp dəhlizi” konsepsiyasının əsas hədəfi baş tutacaq."
Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Cümşüd Nuriyev Teleqraf-a müashibəsində deyb.
Müsahibəni təqüdim edirik:
- Cümşüd bəy, ABŞ-nin yenidən İrana qarşı hərbi əməliyyatlara başlayacağı ilə bağlı açıqlamalar verilir. Budəfəki hərbi əməliyyatların Tehran rejimi üçün daha sarsıdıcı olacağı ilə bağlı iddialar səslənir. Bölgədə yenidən daha iri miqyaslı hərbi əməliyyatların başlaması ehtimalı nə dərəcədə realdır və belə bir hal region üçün nə vəd edir?
- ABŞ tərəfi son zamanlar daha çox Əfqanıstanı gündəmə gətirir. Artıq Əfqanıstanda İrana bağlı xeyriyyə fondu bağlanıb, onun səfirliyini belə ölkədən çıxarırlar. Əfqanıstanda olan Taliban da İranla münasibətləri gərginləşdirməyə çalışır. ABŞ-nin də burada başqa maraqları var. Çünki Əfqanıstan İranla qonşuluqda olan ölkə kimi quru qoşunlarının sərhəddi keçmək imkanları daha böyükdür. Əfanıstanla İranın təxminən 600 km-lik sərhəddi var. Talibanın da kifayət qədər döyüş təcrübəsi mövcuddur. Belə olan halda əfqanlar İranın Məşəd, Xorasana qədər olan ərazilərini işğal edə bilər. Həmin ərazilərdə yaşayan xəzərlərin də bu işdə onlara kömək edəcəyi birmənalıdır. Həmçinin Sistan, Bəlucistanda olanlar da İranı sevmirlər.

- Belə bir variantın reallaşacağı nə dərəcədə real görünür?
- Əslində bu variant istisna edilmir. Çünki burada ABŞ-nin də özünün digər hədəfləri ilə bağlı iqtisadi maraqları mövcuddur.
- Ağ Evin özünün birbaşa İrana yenidən hücum edəcəyi ehtimalı varmı?
- ABŞ-nin yenidən İrana hücum etmək ehtimalı çox azdır. Ola bilər ki, hansısa qısa müddət üçün raket zərbələri endirilsin və s.

- Bu addımlar İran üçün hansı risklər yaradır?
- Bununla bağlı yanaşmalar fərqlidir. Çünki ABŞ-nin hücumları İrana da sərf edir. Bu hücumlar İran daxilində vəhdət yaratmaq üçün əsas formalaşdırır. İran tərəfi də buna çalışır. Tehran tərəfi hətta bununla bağlı bir çox hallarda qızışdırıcı mövqedən çıxış edir. Hələlik isə Amerikanın belə bir niyyətinin olduğu görünmür.
- Vaşinqtonun bu məsələdə həlledici addım atmasına nə maneə olur?
- Noyabrın 3-də ABŞ-də konqresə seçkilər keçiriləcək. Burada isə ABŞ Prezidenti Donald Trampın partiyasının yəni, “Respublikaçılar”ın vəziyyəti o qədər ürəkaçan deyil. Demək olar ki, 50 ştatın 35-ni “Respublikaçılar” uduzur. Ona görə də Tramp daha çox bu məsələyə yönəlməyə çalışacaq. Əgər, ABŞ-nin planında hücum məsələsi varsa, onu bu həftə reallaşdıra bilər. Çünki ABŞ Prezidentinin konqresin razılığı olmadan 59 gün müharibə aparmaq imkanı var, 60-cı günü bu razılıq olmadan müharibə dayanmalıdır. Ona görə də noyabrın 3-nə qədər ABŞ Prezidentinin belə bir addım atması daha realdır.

- Belə çıxır ki, ABŞ tərəfi İrana birinci hücumda öz məqsədinə çatmayıb…
- İranda hazırda gərgin bir durum hökm sürür. Ölkənin iqtisadi vəziyyəti kritik həddə çatıb. Bütün bunlar İranda xalqın yenidən üsyana qalxmasını mümkün edir. Bu dəfə isə İranda hakimiyyət dəyişikliyinin olması ehtimalı daha böyükdür.
- Bütün bunlar İranın gələcəyi üçün nə vəd edir?
- ABŞ-nin hazırladığı bir layihəyə görə İranın parçalanması qaçılmazdır. Həmin layihənin icrasını isə ABŞ ordusu həyata keçirməlidir. Bunun üçün isə hər cür addım atılır. Beləliklə, İran 5 yerə parçalanmalıdır. Bununla da “Tramp dəhlizi” konsepsiyasının əsas hədəfi baş tutacaq.