ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Tim Qallodet yadplanetlilərin Yer okeanlarının dərinliklərində gizlənə biləcəyini iddia edib.
Turkustan.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) keçmiş rəhbəri Qallodetin sözlərinə görə, bəşəriyyət okeanların yalnız təxminən 10 faizini araşdırıb. Buna görə də yadplanetlilər aşkarlanmamaq üçün okeanların öyrənilməmiş ərazilərindən istifadə edə bilərlər.
O, bəzi videolarda naməlum obyektlərin suya heç bir dalğa yaratmadan daxil olduğunu bildirib və belə texnologiyaların insanların imkanlarını üstələdiyini vurğulayıb.
Digər tərəfdən, UNO tədqiqatçısı Skott Uorrinq Kanadanın Nunavut bölgəsində yadplanetlilərə məxsus sualtı bazanın girişini aşkar etdiyini iddia edib. O, həmin ərazinin sualtı dronlarla araşdırılmasını təklif edib.
ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Devid Qruş da hökumətin yadplanetlilərə aid olduğu iddia edilən sualtı obyektlər barədə məlumatlı olduğunu söyləyib.
Lakin ABŞ hərbçiləri və Ağ Ev UNO-ların yadplanetli kosmik aparatları olduğunu təsdiqləyən maddi sübutların mövcud olmadığını bildirirlər./Publika.az