ABŞ Prezidenti Donald Tramp Demokratların 2028-ci ildə Nümayəndələr Palatasında, Senatda və prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkənin ciddi təhlükə ilə üzləşəcəyini iddia edib.
Turkustan.az xəbər verir ki, Tramp bu fikirləri sabah keçiriləcək aralıq seçkilərlə bağlı şərhlərini bölüşərkən “The New York Post” qəzetindən Miranda Devine-in aparıcılıq etdiyi “Pod Force One” podkastında səsləndirib.
Demokrat Partiyasının qadınlar idmanında kişilərin iştirakına icazə verilməsi, sərhədlərin tam açılması, yüksək vergilər və iqtisadiyyatla bağlı vədlərini tənqid edən Tramp bu siyasətlərlə seçkilərdə qalib gəlməyin yeganə yolunun saxtakarlıq olduğunu iddia edib.
“Demokratlar 2028-ci ildə Nümayəndələr Palatasını, Senatı və prezidentliyi qazanarsa, ölkəmiz tamamilə məhv ola bilər”, – deyə Tramp bildirib.
Aytən Yaşar/Turkustan.az