Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzurda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin geri qaytarılıb-qaytarılmayacağı barədə suala konkret cavab verməyib.
Turkustan.az xəbər verir ki, jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırmayan Paşinyan yaxın günlərdə brifinq keçiriləcəyini bildirib.
“Cümə axşamı brifinqimiz var”, – baş nazir qeyd edib.
Jurnalistlər qərarın artıq qəbul edilib-edilmədiyini dəqiqləşdirməyə çalışsalar da, Paşinyan bu suala da cavab verməyib və ərazidən uzaqlaşıb./Globalinfo.az