Dekabr ayında ümumilikdə 9 gün iş olmayacaq.
Turkustan.az xəbər verir ki, bu barədə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimində qeyd olunub.
Belə ki, gələn ay yalnız bir gün - dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyri-iş günü sayılan bayram kimi qeyd olunur.
Bundan əlavə, 8 gün şənbə-bazara təsadüf edir. Beləcə beşgünlük iş həftəsində çalışanlar üçün gələn ay 9 gün iş olmayacaq./Bizim.Media