"Ermənistanın müstəqillik Bəyannaməsində əksini tapan məqsədlər artıq köhnəlib və ölkənin hazırda "Dağlıq Qarabağ"la birləşmək kimi hədəfi yoxdur".
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan noyabrın 2-də parlamentdə jurnalistlərlə söhbətində bildirib.
Nazir müxalifət qüvvələrini təkliflərlə çıxış etməyə çağırıb. O bildirib ki, müxalifət yeni Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın ölkəyə nə verəcəyini izah etməlidir. Çünki həmin Bəyannamənin giriş hissəsində əksini tapan məqsədlər artıq köhnəlib.
“Biz yeni Konstitusiyanı nə üçün hazırlayırıq? Hazırda harada olduğumuzu, hara getdiyimizi, necə dövlət olduğumuzu, hansı məqsədlərlə və nə üçün fəaliyyət göstərəcəyimizi anlamaq istəyirik.
Heç kim Müstəqillik Bəyannaməsini tarix səhifələrindən silə bilməz və heç kimin belə bir niyyəti ola bilməz. Lakin fakt budur ki, Müstəqillik Bəyannaməsinin məqsədləri artıq köhnəlib. Bizim "Dağlıq Qarabağ"la Ermənistanın birləşdirilməsi kimi məqsədimiz yoxdur.
Bizim məqsədimiz Ermənistan Respublikasının uzunömürlülüyünü, rifahını, inkişafını təmin etmək, müstəqilliyini və suverenliyini möhkəmləndirməkdir. Məqsədlərimiz bunlardır.
Bu gün sahib olduğumuz sülhə görə minnətdarıq. Biz bu sülhü qorumaq və institusional səviyyədə möhkəmləndirmək istəyirik. Bu gün faktlardan və mövcud reallıqdan danışırıq. Bugünkü reallıq isə başqadır”, – deyə Srbui Qalyan vurğulayıb.\modern.az