Tramp: İranla razılaşma mümkündür


ABŞ Prezidenti Donald Tramp İranın razılaşma əldə etmək istədiyini bildirərək bunun mümkün olduğunu deyib.

Turkustan.az xəbər verir ki, Tramp “Axios” xəbər platformasına verdiyi qısa müsahibədə noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində İranla bağlı mövqeyini açıqlayıb.

ABŞ Prezidenti İranla müharibənin yenidən başlayıb-başlamayacağı barədə hələlik qəti qərar vermədiyini bildirib.

“Biz bu və ya digər şəkildə nəsə edəcəyik, amma tələsməyə ehtiyac yoxdur. Onları maliyyə baxımından iflic vəziyyətinə salmışıq. Onların nə pulu, nə də qazı var və insanlar bundan həqiqətən beziblər”, – deyə Tramp bildirib.

Tehran administrasiyası ilə danışıqlara da toxunan Tramp prosesin yaxşı getdiyini qeyd edib:

“Biz onlarla danışırıq, hər şey yaxşı gedir. Onların problemi ondadır ki, onlar bizi daim dayandırmağa çalışırlar. İran tərəfində düşündüyünüz qədər təcili vəziyyət yoxdur, amma onlar razılaşma əldə etmək üçün əvvəlkindən daha çox can atırlar. Bu, baş verə bilər”.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ