Tarixin möhürü – Böyük Hun İmperiyası



Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

...Digər dövlət strukturlarından fərqli olaraq ordu başçıları tayfa və qan qo­hum­lu­ğu prinsipi ilə deyil, hərbi bacarıqlarına görə seçilirdilər. Hunlar onları qu­du-xen ad­landırırdılar. Aşağı komanda heyəti olmaqla quduxenlər tayfa əyanlarına ta-be idi­lər. Göründüyü kimi, Hun imperiyasının yuxarı dövlət vəzifələrində üç zümrə -tay­fa başçıları, zadəgan silki və hərbçilər (quduxen) hakimlik edirdi. Tayfa baş­çı-la­rı və zadəgan silki ilə mübarizədə şanyular daha çox hərbçilərə arxalanırdılar.

Hun qanunvericiliyindəki boşluqları aradan qaldırmaq məqsədilə Mete şan-yu is­lahatlar həyata keçirdi. Ucsuz-bucaqsız bozqırlarda istiqrarı bərqərar etmək məqsə­dilə sərt qanunlar qəbul edildi. Çinlilər hunların qanunlarını asan və yüngül hə­yata keçirilən qanunlar hesab edirdilər. Hun qanunlarına görə, qılıncın qəb­zə-sin­dən tutub qınından təxminən 23 sm çəkən şəxslər ən sərt şəkildə edam edilirdilər. Oğurluq edən şəxsin bütün nəslinin mül­­kiyyəti müsadirə edilirdi. Ən ki-çik cinayətə görə cinayəti törətmiş şəxsin sifətinə ça­­pıq atılırdı. Həbs cəzası 10 gün çəkərdi. Eyni zamanda andını pozan, satqınlıq edən, dövlət sirrini yayanlar da eda­­ma məhkum edilirdilər. Məhkəmələr 10 gündən artıq çəkmirdi. Mənbələrin ver­di­­yi məlumatlara görə, o zaman dövlət təcridxanalarında saxlanılan məhbusların ümu­­mi sayı 5-6 nəfərdən artıq deyildi. Bu dövlətdə yüksək səviyyədə qayda-qa­nun­la­­rın yaradıldığını və onlara ciddi surətdə əməl edildiyini göstərirdi.

Hun dövlətində idarəçilik də təkmilləşdirildi. Mete yalnız mövcud idarəçilik sis­temini nisbətən təkmilləşdirdi. Qədim hunlarda ailə və cəmiyyətə məxsus qayda-qa­nun­lar toplusu nəsildən-nəsilə ötürülərək yaşadılır, sadə davranış qanunları for­ma­­­­­­laş­­­dı­rı­­lırdı. Həmçinin qohumluq əlaqələri olan bir neçə yüz, yaxud min “yurd” özü­­­­­nə bö­yük, yaxud rəhbər seçirdi. Onu “irken” adlandırırdılar. Bütün tayfaların rəh­­­­­bəri isə “Şanyu” (Tanhu) adlanırdı. Tərcüməsi “dahi” deməkdir. Türk tarixçisi Rə­­fiq Özdək Şanyunun hun dilində “ucalıq, ululuq” anlamını əks etdirdiyini və bü­gün­­kü imperator sözünü əvəz etdiyini qeyd edir. Sonradan bu söz “xaqan” sö­­­zü ilə əvəz olundu. Əgər Meteyə qədər Şanyu real hakimiyyətə malik olmayıb, yal­­­nız öz nü­­fuzuna güvənirdisə, onun dövründə Şanyu geniş irsi hakimiyyətə malik ol­­­du. Şan­yu­­nun ha­ki­miyyəti çox böyük idi, lakin mütləq deyildi. Şanyu seçkili şəxs idi. O, ömür­­lük seçilirdi, seçki formal xarakter daşıyırdı. Hakimiyyət irsən ötü­rü­lür­dü, la­kin irsi hakimiyyət e. ə. 101-ci ildə seçki sisteminin dəyişdirilməsi ilə rəs­mi­ləş­di­ril­di. Şanyu hun ordusunun ali baş komandanı, diplomatik korpusun rəhbəri idi. Me­te ölkəsinin xarici siyasətinin əsasını milli maraqları təşkil edirdi. Onun ha­ki­miy­yə­­tini hər bi­­­­rində 2 min­dən 10 minə qədər döyüşçüsü olan qə­bilə aristokratiyası –ağ­­saqqallar məh­­dud­laş­dırırdı. Şanyuda sərkərdələr iki his­sə­yə bölünürdülər: sağlar və sollar. Sol­­lar –güc­lü və varlı, sağda duranlar isə bir az zə­if və kasıb idilər. Xaqana əyan­­lar­dan təşkil olun­muş insanlar idarəetmədə kömək edir­dilər. Onlar da öz im­kan­ları da­xi­lində min­ba­­şını, yüzbaşını, onbaşını təyin edir­di­lər. Şanyu eyni zamanda öl­kənin ali dini rəhbəri idi. O, gündə 2 dəfə günəşə və aya ibadət edir, qurbanlar kə­sərdi. Bu addımlar onun hakimiyyətinin güclənməsini təmin edirdi. Tanrının şə­rə­finə kəsilən qurbanlar hunların əcdadlarına, səmaya, yerə və ruhlara verilirdi. Mete sə­maya və günəşə inamı yaymış, özünə isə “Səma və torpaqdan doğulmuş, günəş və ay tərəfindən təyin olunmuş” kimi təntənəli titul verilmişdi. Göründüyü kimi, Mete za­manında səmada təkallahlığı tərənnüm edən, yerdə isə vahid hakimiyyətə xidmət edən dini sistem yaradılmışdı.

Görkəmli rus hunşunası Biçurin yazır ki, Mete dövründə hunların 24 soydan üçü (Xuyan, Lan, Süybu) əsilzadə soylar hesab olunurdu. Şanyunun aid olduğu soy Si Lyuandi soyadını daşıyırdı. Şanyu yalnız bu üç soydan qız ala bilərdi. Deməli, döv­lət aparatındakı yüksək vəzifələr bu soyların –zadəgan əyanların əlində idi. Nə­zə­rə alanda ki, vəzifələr irsi idi, bunun nə demək olduğu aydın olur. Çin mən­bə­lə­ri­nin verdiyi məlumata görə, Hun imperiyasında baş hakim yalnız Süybu soyundan olurdu.

Hunlar ildə 3 dəfə qurultay çağırırdılar. Qurultayda atalarına, göyün-yerin ruh­larına, Tanrıya qurban kəsirdilər. Şanyunu dəfn edərkən onu iç və çol tabuta ke­çi­rər, cəsədin yanına qızıl, gümüş və geyim qoyulurdu. Məzarların yeri məlum ol­maz­dı, həmçinin yas paltarları geyinməzdilər. Şanyunun yoldaşı, nazirləri, cariyələri cə­­nazə törəninə qatılır, dəfndə iştirak edənlərin sayı onlarla, yüzlərlə, hətta minlərlə olur­­du. Ay parıldadığı zaman savaşa çıxır, ay işıq saçmadığı və görünmədiyində sa­vaşdan geri dönürdülər. Savaşda düşmənin başını kəsənə bir kasa içki içirirdilər. Türk törəsinə görə sa­vaş­da ölənin cəsədini gətirənlər həmin şəxsin mülkünə yiyə­lə­nir­dilər.

Hun cəmiyyəti qohumluq bölgə prinsipinə əsaslanan aristokratiyaya ar­xa­la­nır­­­dı. Aristokratların hakimiyyət iyerarxiyası vəzifələrinə və dövlətdə tutduqları möv­­­qeyə görə çoxpilləli idi. Şanyu istedadlı aristokratlarla təmin olunmuşdu. Əsa­sən qan qohumluğu prinsipinə əsaslanan aristokratlar şərq və qərb hissələrinə bö­lü­nür­­dülər. Şərq aristokratları qərb aristokratlarına nisbətən daha yüksək səlahiy­yət­lə­rə malik idi. Qohumluq bölgə prinsipinə əsaslanan aristokratların yüksək təbəqəsi “Cu­ki” (“müdrik”) knyazla təmsil olunmuşdu. Cuki knyazı şanyudan sonra gələn ən yüksək vəzifə hesab olunurdu. Şərq Cuki knyazı taxt-tacın vəliəhdi idi. Onlardan bir pillə aşağıda “Luli” knyazlar gəlirdi. Növbəti pillədə “böyük baş­çı”, daha sonrakı pillədə isə “böyük duyuy” qərarlaşırdı. Ən sonuncu pillədə isə “bö­yük dunxu” dayanırdı. Aristokratiya nərdivanının pillələrində dayanan bu vəzifəli şəxs­­lər şanyu nəslinin nümayəndələri idilər. Onlar tutduqları vəzəfələrdən asılı ola­raq torpaq sahələri və şəxsi drujina saxlamaq hüququna malik idilər. Yuxarı sə­viy­yə­­li knyazlar 10 minə qədər, aşağıdakılar isə 1-2 min nəfər drujinaçı saxlaya bilər­di­­lər. Mete knyazların tutduqları vəzifəyə heç də layiqli olmadığını güman edirdi. On­ların vəzifədən kənarlaşdırılması isə Mete hakimiyyətinin zəifləməsinə gətirib çı­xa­ra bilərdi. Lakin bacarıqsız knyazların hakimiyyətdə qalması dövlətin maraqlarına ta­mamilə zidd idi. Buna görə də Mete müəyyən dəyişiklik edərək knyazlara yalnız ba­carığına görə seçilmiş köməkçilər təyin etdi. Bu şəxsləri öz ölkələrində “istedad aris­tokratiyası” adlandıırdılar. Aristokratların tərkibində təhlükəli iri boyların əyan­la­rı da təmsil olunurdular. Göründüyü kimi, e. ə. III-II əsrlərdə hunlar kifayət qədər güc­lü, mütəşəkkil, dövlət strukturu yaratmışdılar. Metenin həyata keçirdiyi islahatlar hun tayfa birliyini qüdrətli imperiyaya çevirdi. Hərbi müəkəlləfiyyət tətbiq edil­mək­lə nizami ordu yaradıldı.

Hun cəmiyyəti patriarxal olduğu üçün uşaqlar anaya deyil, ataya məxsus olur­du­lar. Böyük qardaş döyüşdə öldüyü zaman onun dul qalmış yoldaşını kiçik qardaşı ­almalı idi. Belə nigah forması qadını rəzalət, kasıbçılıq və əxlaqsızlıqdan uzaq sax­la­yırdı. Varlılar iki və daha çox arvad ala bilərdilər. Başlıq qadının anasına verilirdi. Qa­dın isə ər evinə heç nə gətirmirdi. Birinci qadın böyük və sevimli arvad hesab edi­lir, eyni zamanda mütləq türk olmalıdı idi. Onların yaşayış yerləri təkər üstə qu­rul­muş kibritkalar idi. Taxta və daşdan fərqli olaraq belə evlər şaxta və küləkdən da­ha çox qorunurdu. İkincisi isə təkərlər üstündə yerləşən evlər daha təhlükəsiz idi və istənilən təhlükə zamanı köç edə bilərdilər. Belə yaşayış evlərindən sonradan bü­tün türk tayfaları istifadə etmişdilər.

Dövlət aparatını saxlamaq, iqtisadi özülünü möhkəmləndirmək üçün külli miq­­darda vəsait tələb olunurdu. Hun dövlətinə tabe edilmiş xalqlar vergi verdikləri hal­­da hunlar vergi vermir, bunu azadlığı məhdudlaşdıran bir amil kimi qəbul edir­di­lər. Bu baxımdan dövlətin vergi yükü daha çox tabe edilmiş digər xalqların üzərinə dü­­şürdü. Vergilər, bir qayda olaraq, natural şəkildə alınırdı. Dunxular ət və quzu də­­­riləri, Şərqi Türküstan əhalsi dəmir silahlar, digər xalqlar isə bahalı xəz-dəri məh­sul­­ları verirdilər. Çin hər zamankı kimi top ipək parçalar, qiymətli qumaşlarla hədiy­yə­lər verirdi. Hunların maldarlıq təsərrüfatları bir-birindən aralıda yerləşən aillərdən (mal­dar köçlərindən) ibarət idi. Aillərin daxilində idarəetməni asanlaşdırmaq və kə­nar təsirlərdən qorunmaq üçün mütəşəkkil strukturlar yaradılırdı. Bu strukturları ailə­­­nin nüfuzlu üzvləri idarə edirdilər.

Çöllük mədəniyyətinin daşıyıcıları olan hunlar əsasən yurtalarda –alaçıqlarda yaşayırdılar. Dairəvi formada yuxarı hissəsi açıq olan yurtalarda yaşamaqla yanaşı, bir yerdən digər yerə daşımaq da asan idi. Ucsuz-bucaqsız ərazilərə nəzarət edən hunlar sayca kiçik tayfaları özündən asılı vəziyyətə salır və onları vergiyə cəlb edirdi.

Hun dövlətində sənətkarlıq və ticarət sürətlə inkişaf edir, beynəlxalq ticarət yol­­ları üzərində yeni şəhərlər salınır, ipək ticarəti durmadan yüksəlirdi. Şimal və cə­­nub ipək yolları Hun dövlətinin sərhədləri daxilindən keçir, dövlət xəsinəsinə külli miq­­darda vəsait daxil olurdu. Əsas gəlir mənbələrindən biri də sənətkarlıq idi. Buğ­da, dənli bitkiləri, suyu, südü, kımısı saxlamaq üçün gil qablardan istifadə olunurdu. Hun­lar zərgərlik sənətinin sirlərini mənimsəmişdilər. Qızıl və gümüş əşyalar üzə­rin­də müxtəlif döymələr, naxışlar vurmağı bilirdilər. Metal əridilməsinə daha çox önəm verir, bundan ötrü iri sobalar düzəldirdilər. Murad Adcı Avropaya iri sobalarda dəmir filizinin əridilməsi ənənəsini ilk dəfə Atilla hunlarının apardığını qeyd edir.

E. ə. II-I əsrlərdə Hun-Çin münasibətləri. İmperator U-dinin döv­-ründə Hun-Çin müharibələri. Mete şanyunun ölümündan sonra onun varisləri ata­larının qoyduğu yolu uğurla davam etdirdilər. Lakin Hun dövlətinin iqtisadi və hər­bi qüdrəti qonşu Çini ciddi şəkildə narahat edirdi. İki ölkə arasındakı mü­nasi­bət­-lərin dinc yolla həlli məsələsi mümkünsüz görünürdü.

E. ə. 174-cü ildə taxta çıxan oğlu Giyuy Laoşan şanyu titulunu alaraq Şərqi Tür­küstandakı yuetciləri sonuncu dəfə darmadağın etdi (e. ə.166/165). Hunlar yuetciləri yaşadıqları ərazilərdən Sır-Dəryanın o biri sahilinə qovdu. Onların qoyub getdi­yi ərazilərə isə özlərinin vassalı olan usunları yerləşdirdi. Yalnız bundan sonra Lao­şan 140 minlik qoşunla sərhədi keçərək Çinin şimal-qərb torpaqları üçün təh­lü­kə yatardı. Göstərilən əraziləri yağmalayan xaqan, imperatorun iqamətgahını yan­dırdı. E. ə. 162-ci ildə Ven-di Laoşana sülh müqaviləsi bağlamaq üçün müraciət etdi. Sülhə görə hər iki dövlət bərabərhüquqlu elan edildi. Əslində bu sülh mü­qa­vi-ləsi çinlilər üçün alçaldıcı və təhqiredici idi.

(ardı var)


MANŞET XƏBƏRLƏRİ