ABŞ prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirilməsini təklif edib.
Turkustan.az xəbər verir ki, Tramp bazar günü Truth Social hesabında Nyu-Meksikonun yeni adının əks olunduğu xəritə paylaşıb. Ağ Ev də həmin görüntünü X hesabında yayıb.
Paylaşımda ştatın adındakı “Meksika” sözü qırmızı xəttlə silinərək “Amerika” sözü ilə əvəzlənib. Tramp daha sonra “Yeni Amerika” adının tərəfdarları tərəfindən təklif edildiyini bildirib.
Ağ Ev Nyu-Meksikonun adının dəyişdirilməsi ilə bağlı hər hansı rəsmi təşəbbüs elan etməyib. Ştatın qubernatoru Mişel Lujan Qrişam isə Trampın təklifinə sərt reaksiya verərək “Yeni Meksiko adı müzakirə mövzusu deyil” deyib.
Trampın bu addımı daha əvvəl Meksika körfəzinin “Amerika körfəzi”, Ontario gölünün isə “Amerika gölü” adlandırılması ilə bağlı təşəbbüslərindən sonra baş verib.
Aytən Yaşar/ Turkustan.az