ABŞ prezidenti Donald Tramp İranın müqavilənin imzalanması üçün müharibə təzminatı tələb etdiyini bildirərək, kompensasiyanı məhz Tehranın ödəməli olduğunu deyib.
Turkustan.az xəbər verir ki, Tramp Oval Ofisdə jurnalistlərə açıqlamasında İranla bağlı son hadisələrə toxunaraq, Tehranın müharibə təzminatı tələb etdiyini bildirib.
ABŞ prezidenti qeyd edib ki, İranın Yaxın Şərqdə son 50 ildə vurduğu ziyana görə təzminat ödəməsi tələb olunmalıdır.
“Onlar müharibə təzminatı tələb ediblər və düşünürəm ki, bu, yaxşı fikirdir. Biz də son 50 ildə vurduqları ziyana görə təzminat tələb edəcəyik”, - deyə Tramp bildirib.
Tramp İranı son 50 ildə Yaxın Şərqdə “yüz minlərlə insanın” ölümündə məsuliyyət daşımaqda ittiham edib.
“Əgər kompensasiya edilməli zərər varsa, vurduğu zərəri ödəməlidir”, - ABŞ prezidenti vurğulayıb.
Trampın açıqlaması Vaşinqtonla Tehran arasında mümkün razılaşma üzrə danışıqların fonunda İranla bağlı sərt mövqeyini qoruduğunu göstərir.
AYtən Yaşar/ Turkustan.az