Tramp dörd ölkəni ABŞ ərazisi kimi təyin etdi


ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika, Qrenlandiya və Kuba da daxil olmaqla bir sıra əraziləri ABŞ-ın tərkibində göstərən xəritə paylaşıb.

Turkustan.az xəbər verir ki, Tramp xəritəni sosial media hesabında yayımlayıb. Paylaşımda ABŞ-ın hazırkı sərhədləri ilə yanaşı, Kanada, Meksika, Qrenlandiya, Kuba və bəzi digər ərazilər də ABŞ ərazisi kimi təsvir olunub.

Bu paylaşım Trampın ABŞ-ın Nyu-Meksiko ştatının adının dəyişdirilərək “Yeni Amerika” adlandırılmasını təklif edən xəritəni paylaşmasından sonra baş verib.

Meksika Prezidenti Klaudiya Şeynbaum Trampın paylaşımına ABŞ-da yerləşən “X” sosial şəbəkəsində reaksiya verib.

Şeynbaum Meksikanın “azad, müstəqil və suveren” ölkə olduğunu vurğulayaraq, ölkəsinin “heç bir xarici dövlətin koloniyası və ya protektoratı olmayacağını” bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ