Laçında mina və PHS-dən zərərçəkmiş şəxslərlə layihə çərçivəsində sonuncu psixososial dəstək görüşü keçirilib


Laçın rayonunda mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslər üçün psixososial dəstək tədbirlərinin yekun mərhələsi keçirilib.

QHT.az xəbər verir ki, 4 sentyabr 2026-cı il tarixində “Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək” layihəsi çərçivəsində Laçında hədəf qrupla “Emosional vəziyyətin yaxşılaşdırılması, streslə mübarizə bacarıqlarının inkişafı və sosial adaptasiyanın dəstəklənməsi” mövzusunda sonuncu təlim və qrup müzakirəsi keçirilib.

Layihə rəhbəri, “Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinin sədri Xəlil Süleymanov görüşün əvvəlində iştirakçıları layihənin məqsəd və vəzifələri, donor dəstəyi, həyata keçirilən fəaliyyətlər və psixososial dəstək proqramının əsas istiqamətləri barədə məlumatlandırıb.

Daha sonra psixoloq-təlimçi Nəzakət Quliyeva iştirakçılara təqdim olunub. Təqdimat zamanı qeyd olunub ki, 30 ilə yaxın peşəkar psixoloq təcrübəsinə malik Nəzakət Quliyeva uzun illər ərzində müharibənin posttravmatik təsirlərindən əziyyət çəkən şəxslərə və ailələrə psixoloji dəstək göstərib, şəhid ailələri ilə görüşlərdə iştirak edib və onların övladlarına könüllü əsaslarla psixoloji xidmət göstərib.

Təlim zamanı emosiyaların tanınması və tənzimlənməsi, psixoloji rahatlama, stresin idarə olunması, özünüifadə və sağlam ünsiyyət mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

İştirakçılara mənfi emosiyaları içəridə saxlamaq və basdırmaq əvəzinə onları tanımaq, qəbul etmək və idarə etməyin yolları izah olunub. Görüşün ən təsirli məqamlarından biri iştirakçıların öz həyat təcrübələrini bölüşməsi olub.

Bəzən insanın yaşadığı ağrını azaltmağın ilk addımı onun tək olmadığını hiss etməsidir. Qrup müzakirəsi də məhz bu baxımdan iştirakçılara onları anlayan, dinləyən və dəstəkləyən insanların olduğunu hiss etdirməyə imkan verib.

Yekun görüş çərçivəsində yalnız qrup müzakirəsi ilə kifayətlənilməyib. Psixoloji dəstəyə daha çox ehtiyacı olduğu müəyyən edilən iştirakçılarla fərdi psixoloji seanslar və qrup terapiyası keçirilib. Bu yanaşma iştirakçıların psixoloji ehtiyaclarının daha yaxından qiymətləndirilməsinə və onların emosional vəziyyətinə uyğun dəstək göstərilməsinə imkan yaradıb.

Görüş zamanı iştirakçıların layihə başa çatdıqdan sonra da psixoloji dəstəklə əlaqələrinin davam etdirilməsi məsələsinə xüsusi diqqət yetirilib.

İştirakçılar üçün yaradılmış “WhatsApp” qrupunda psixoloqun iştirakı onların ehtiyac yarandığı halda mütəxəssislə əlaqə saxlamasına və onlayn psixoloji seanslarda iştirakına imkan verəcək.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən layihənin əsas məqsədi mina və partlamamış hərbi sursatların yaratdığı fiziki, psixoloji və sosial fəsadların aradan qaldırılmasına töhfə vermək, zərərçəkmiş şəxslərin psixoloji dayanıqlığını gücləndirmək, onların sosial həyata fəal inteqrasiyasını dəstəkləmək və ailələrinin psixososial rifahının yaxşılaşdırılmasına kömək göstərməkdir. Laçında keçirilən bu görüşlə layihə çərçivəsində rayonlarda təşkil olunan psixososial dəstək tədbirlərinin sonuncu mərhələsi yekunlaşıb.

Lakin layihənin başa çatması psixoloji dəstəyin sonu demək deyil.

Əksinə, əsas məqsəd iştirakçıların əldə etdikləri bilik və bacarıqları gündəlik həyatlarında tətbiq etmələri, ehtiyac yarandıqda psixoloji dəstəyə müraciət etmələri və özlərini cəmiyyətin fəal, dəyərli üzvü kimi hiss etmələrinə davamlı dəstək göstərməkdir.

Tədbirdən foto və video görüntülər qeydə alınıb.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ