27 noyabr 1977-ci ildə Xankəndi şəhərində anadan olur...
1984 / 1992-ci illərdə Füzuli rayon Dilağarda kəndində orta təhsil alır...
1992 / 1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə;
1995 / 1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq məktəbində;
2017 / 2019-cu illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil alır...
Xidməti müddətində tağım komandiri, kəşfiyyat bölük komandiri, kəşfiyyat rəisinin köməkçisi, briqadanın kəşfiyyat rəisi, qərərgah rəisi-hərbi hissənin komandirinin müavini, hərbi hissə komandiri, Ordu Korpusunun kəşfiyyat rəisi, Ordu Korpusunun komandirinin müavini, ƏÜO Komandanının müavini vəzifələrinə, polkovnik rütbəsinə qədər yüksəlir...
Vətən müharibəsində kəşfiyyat şöbəsinin rəisi olduğu 2-ci ordu korpusunun kəçfiyyat bölmələri və tabeliyinə verilən digər bölmələrlə əsas zərbə istiqamətində düşmənin müdafiə səddini yaran, Ağdam, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Şuşa şəhərlərinin azadedilməsində şücaəti ilə fərqlənən, 3 dəfə yatalanmasına baxmayataq yenidən döyüş meydanına qsyıdan Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Telman Əsgər oğlu Hüseynov!

Vətən müharibəsində Polkovnik Telman Hüseynovun rəhbərliyi ilə 2-ci Ordu korpusunun kəşfiyyat bölmələri və digər bölmələr əlverişli hüdudda hücum döyüşü ilə düşmənin cəbhə boyu istiqamətində əks zərbəsini müvəffəqiyyətlə dəf edərək, onun manevr edəcək mobil ehtiyatlarını döyüş imkanında məhrub edib, çətin keçilən relyefdə hücumu davam etdirərək düşmənin arxasından dərun dövrələmə manevri edərək irəliləyib. Korpusun bölmələri Cəbrayıl, Hadrut, Füzuli, Qubadlının yaşayış mənəqələrinin və ətrafındakı komamda yüksəklilərinin düşmən işğalından azad edilib.
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən Müharibəsi Qəhrəmanı" medalı, o cümlədən, "Vətən Müharibəsi İştirakçısı", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı", "Vətən uğrunda", "İgidliyə görə", "Hərbi xidmətlərə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla, həmçinin, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi", "Heydər Əiyevin 100 illiyi" yubiley medalları ilə təltif edilir.
Polkovnik Telman Hüseynov müharibə ilə bağlı xatirələrində deyir:" 27 sentyabrdan 2-3 gün öncə düşmənin canlı qüvvəsini önə çəkməsi, artilleriya bölməsini önə çəkməsi, əməliyyat və ümumqoşun ehtiyatlarını önə çəkməsi tərəfimizdən müşahidə edilib, rəhbərliyə məruzə edildi. Və rəhbərlik tərəfindən qərar qəbul edildi: bütün qoşunların idarəetmə məntəqələri ön mövqelərə aparılsın, düşmən hər hansısa bir təxribat edərsə, cavab atəşi ilə susturulsun. 27 sentyabr səhər saatlarında düşmənin təxribatına əks hücumla cavab verməyə tapşırıq aldıq. Ordu korpusu bir neçə istiqamətdən tapşırığı icra etməyə başladı. Bütün istiqamətlərdə kəşfiyyat texniki vasitələri, yəni kəşfiyyatın uzaqgörmə çihazları hava kəşfiyyatı vasitələri radio kəşfiyyat vasitələri bütün müdafiə zolağında gücləndirilmiş vəziyyətdə işini davam etdirdi. Mən ordu korpusu komandiri ilə birgə əsas Horadiz-Cəbrayıl istiqamətində istiqamətin özündə 4 yarımistiqamət ayrılmaqla əks-hücum əmıliyyatı yerinə yetirməyə başladıq. Füzuli rayonunun kənd Horadizə yaxın olan Yastıtəpə yüksəkliyini azad etmək bilavasitə mənim tabeliyimdə olan əlahiddə kəşfiyyat taboruna tapşırıldı. Əlahiddə Kəşfiyyat Taboru bu yüksəkliyi. çox çətinliklə ələ keçirdi. Həmin əməliyyat uğurla yerinə yetirilsə də tabor komandiri polkovnik-leytenant Orxan Əkbərov qəhrəmancaslna şəhid oldu. Həmin bölmə bu ağır itgidən sarsılsa da yenidən gücünü toplayıb hücümu Cəbrayıl istiqamətində davam etdirdi. Cəbrayıl istiqamətində hücumu davam etdirilən 4 istiqamətin 4-ü də əsasən 1 istiqamətə cəmləşərək Şəhbəy, Qurcaq, Havıslı Cəbrayıl istiqamətinə qədər hücumu davam etdirib Cəbrayıl şəhərini digər ordu birləşmələri ilə birgə işğaldan azad etdik. Cəbrayıl şəhərinin ətrafında olan dağların üzərində düşmən müdafiəsinin möhkəmləndirdi. Kiçik əməliyyatlar keçirərək düşmənin ayrı-ayrı bölmələrini ayrı-ayrı təpələrdə bir neçə günə məhv etdik və hücumu Qubadlı istiqamətinə davam etdik. Müharibə başlayanda orduda döyüş ruhu, mənəvi-psixoloji təminat çox yüksək səviyyədə idi. Hər bir ordu mənsubu düşmən üzərinə var gücü ilə getməyə tam hazır idi. Döyüş əməliyyatlarına birbaşa özü rəhbərlik edirdi. Onun televiziya vaditəsilə xalqa müraciəti orduda əhval - ruhiyyəni yüksəldir, məsuliyyətimizi ikiqat artırırdl. Ordu mənsubunun bir nəfəri də olsa heç bir döyüşdən geri çəkilməyib, döyüş meydanını tərk etməyib. Hər bir adam var gücünü səfərbər edib düşmən üzərinə gedirdi. Biz qalib olacağımıza çox inanırdıq. Təbii ki, qazandığımız qələbə hamımızı sevindirdi. Mən isə ikiqat sevinirdim. Çünki mənim öz rayonum da (Füzuli) işğaldan azad olundu. Və mən öz doğma rayonum uğrunda da döyüşdüm. "
Döyüş vaxtı Telman Hüseynov düşmənin tank atəşi nəticəsində baş nahiyəsindən və kürəyindən yaralanır. O qospitala təxliyə olsa da bir gün sonra yenidən döyüş bölgəsinə qayıdır.
Döyüş yoldaşları: Rəşad Vəliyev: "Telman Hüseynovun diqqət etdiyi prinsiplərdən ən əsası dürüstlük prinsipi olub. O xidmətin düzgün təşkil olunmaslnı sevən insan olub. Şəxsi heyətdən etdiyi tələb hamı bir nəfər üçün, bir nəfər hamı üçün prinsipi ilə işləyirdi. Şəxsi heyətə qarşı çox diqqətli və qayğıkeş idi. Bu döyüşdə də öz nəticələrini göstərdi.
Bəşir Məmişov: "Son döyüşümüz Dağ Tumaslıda oldu. Sonra Qubadlının Balasoltanlı kəndinə keçdik. Kəndin içində körpü vardı. Onu tapıb partlatmalıydıq. 8 nəfərlik qrup idik. Telman Hüseynov həmin əməliyyatda bizimlı birgə döyüşüb."
Telman Hüseynov göstərdiyi peşəkarlıq, vətənə sonsuz sədaqəti ilə yalnız döyüş meydanında deyil, bu gün də gənc nəsil üçün örnək olan qəhrəmanlarımızdandır.
Vətənimiz var olduqca onun şərəfli xidməti daim hörmət və ehtiramla xatırlanacaq.
Elə bu gün ƏÜO Komandanının birinci müavinni vəzifəsinə təyin olunması qəhrəmanımıza göstərilən böyük etimadın əyani sübutudur.
Onu yeni vəzifəsi münasibəti ilə təbrik edir, xidmətində uğurlar arzulayırıq.
Allah sizi qorusun vətənin qəhrəman oğlu!
Sevinc Bəhmənli


