Ərdoğan: “Heç kimin əməliyyat keçirməsinə icazə verməyəcəyik”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası başa çatıb.

Turkustan.az xəbər verir ki, təxminən 2,5 saat davam edən toplantıda ölkənin iqtisadi vəziyyəti, daxili və xarici siyasətdəki son proseslər müzakirə olunub.

İclasdan sonra açıqlama verən Ərdoğan bölgədəki gərginliyə toxunaraq İsrailə üstüörtülü xəbərdarlıq edib.

“Sakit davranışımız heç kimi yalan ümidlərə aparmamalıdır. Bu torpaqlarda heç kimin əməliyyat keçirməsinə icazə verməyəcəyik. Bölgəmizdə düşmənçilik hərəkətlərini seyr edərək boş dayanmayacağıq”, – deyə, Ərdoğan bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ