Hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükündəki gecikmələr Kiyevi münaqişənin həlli üçün Rusiyanın şərtlərini yerinə yetirməyə məcbur edə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Nəşrin qeyd etidiyinə görə, ABŞ-İran arasındakı münaqişə səbəbindən Ukrayna ABŞ-ın "Patriot" kompleksləri üçün raket çatışmazlığı ilə üzləşib.
Bundan əlavə, hərbi tədarüklərdə gecikmələr Ukraynanı lazımi müdafiə intensivliyini qorumaq imkanından məhrum edir.
Bildirilib ki, Fransa və İtaliya "SAMP/T" hava hücumundan müdafiə sistemlərinin Kiyevə verilməsini müzakirə edirlər, lakin mövcud ehtiyatları da olduqca məhduddur.
Nəşrin məlumatına görə, Qərbin hadisələrin inkişafı üçün yalnız üç mümkün yolu var: birincisi, Ukraynaya lazım olan silahları təcili şəkildə tapmaq ki, bu da ehtimalı az olan ssenaridir. İkincisi, Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazisindən çıxarılması ilə bağlı Rusiyanın tələbləri ilə razılaşmaq. Üçüncüsü isə, münaqişəni ən azı 2027-ci ilə qədər davam etdirmək. /axar.az/