Merz istefa vermədi, islahatlar vəd etdi


Almaniyanın ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə 43,8 faiz səs toplayaraq ən yaxın rəqibi Xristian Demokrat İttifaqını (CDU) 26 faiz bəndi qabaqlaması ölkə siyasətində ciddi rezonans yaradıb.

Turkustan.az xəbər verir ki, seçkinin nəticələrini şok kimi qiymətləndirən CDU lideri və Almaniya kansleri Fridrix Merz artan təzyiqlərə baxmayaraq istefa verməyəcəyini açıqlayıb. O, hökumətin fəaliyyətini davam etdirəcəyini və ölkədə islahatlar aparılacağını bildirib.

Merz AfD ilə əməkdaşlıq etməyəcəklərini vurğulayıb. Kanslerin sözlərinə görə, Almaniya konstitusiyanı ifrat sağçı hökumət təhlükəsinə qarşı qorumaq üçün bütün zəruri vasitələrə malikdir.

Merz seçki nəticələrinin həm onu, həm də partiyasını ciddi şəkildə sarsıtdığını deyib. O bildirib ki, CDU belə bir nəticə gözləmirdi.

“Nəticələr CDU-nu tamamilə sarsıdıb. Biz normal şəkildə davam edə bilmərik”, – deyə, Merz vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ