İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində siyasi mənzərə daha da mürəkkəbləşib.
Turkustan.az xəbər verir ki, dövlət televiziyası KAN-ın keçirdiyi son sorğu müxalifət blokunun əvvəlki proqnozlarla müqayisədə zəiflədiyini göstərib.
Sorğunun nəticələrinə görə, keçmiş Baş Qərargah rəisi və Yaşar Partiyasının lideri Qadi Eisenkot 23 mandatla seçki yarışında hazırkı Baş nazir və Likud Partiyasının lideri Benyamin Netanyahuya qalib gəlir. Likudun isə 20 mandat qazanacağı proqnozlaşdırılır.
Bununla belə, hakim blokun mövqeyi də dəyişməyib. İfrat sağçı və ultraortodoks yəhudi partiyalarından ibarət koalisiya, Ofer Vinterin rəhbərlik etdiyi “Amcha Yisrael” (İsrail Xalqı) partiyasının dəstəyi ilə ümumilikdə 52 mandat toplaya bilər. Sözügedən partiyanın isə 4 mandat qazanacağı gözlənilir.
KAN-ın əvvəlki sorğusunda müxalifət blokunun 55 mandat əldə edəcəyi proqnozlaşdırılmışdı. Son sorğuda bu göstəricinin 51 mandata geriləməsi İsraildə koalisiya hesablamalarını daha da çətinləşdirib.
Aytən Yaşar/ Turkustan.az