Çin təyyarələri Yaponiya sahillərində: qırıcılar havaya qalxdı


Yaponiya qırıcı təyyarələri Şərqi Çin dənizində Çin kəşfiyyat təyyarələrini izləyib.

Turkustan.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Çinə məxsus “Y-9” tipli kəşfiyyat təyyarələri ölkənin cənubundakı Naqasaki və Okinava sahilləri yaxınlığında müşahidə olunub.

Bildirilib ki, buna cavab olaraq Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin qırıcıları havaya qaldırılıb və Çin təyyarələrinin fəaliyyətini izləmək üçün qarşısınıalma uçuşları həyata keçirilib. Yaponiyanın yayımladığı uçuş xəritəsinə əsasən, Çin təyyarələri Şərqi Çin dənizində uçuş həyata keçirib.

Yaponiya Müdafiə Nazirliyi qeyd edib ki, “Y-9” təyyarələri Okinava sahillərinin şimal-şərqində istiqamətini dəyişib, daha sonra Danjo adalarının cənubunda yenidən istiqamətini dəyişərək Çinin materik hissəsinə doğru hərəkət edib.

Bəyanatda vurğulanıb ki, insident zamanı Yaponiya hava məkanı pozulmayıb.

Yaponiya Çin təyyarələrinin fəaliyyətinə qarşı ayıqlığın davam etdiriləcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ