Bakını vuracaq leysanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI


Bu gündən etibarən ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Havanın temperaturu nəzərəçarpan dərəcədə enib, güclü külək əsir və yağıntılı hava şəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, bu gün səhər və gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunub, 32 dərəcəyədək isti qeydə alınıb:

"Lakin günün ikinci yarısından etibarən güclü şimal-qərb küləyi davam edir. Küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyəcək".

GULSAD.jpg (238 KB)

Büro direktorunun sözlərinə görə, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir:

"Sentyabrın 7-si axşam və 8-i gecə yarımadanın bəzi yerlərində yağışın qısamüddətli, leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Sabah gündüz saatlarından etibarən yağıntı tədricən zəifləyəcək. 23-25 dərəcə isti olacağı gözlənilir".

Gülşad Məmmədova vurğulayıb ki, bölgələrdə də yağıntılı hava şəraiti bu gün davam edəcək:

"Bəzi yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. 7-si axşam və 8-i gecə bəzi yerlərdə yağıntıların qısamüddətli intensiv olacağı, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur".

Xidmət rəsmisi gözlənilən yağıntılı hava şəraiti ilə bağlı çaylarda yarana biləcək təhlükələrə də diqqət çəkib. Bildirib ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Hava nə vaxt mülayimləşəcək?

Sentyabrın 8-i gündüz saatlarından etibarən yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturunun aran rayonlarında 28 dərəcəyədək, dağlıq ərazilərdə isə 19 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.


MANŞET XƏBƏRLƏRİ