Bayraktar AKINCI C ilk sınaq uçuşunu GERÇƏKLƏŞDİRİB - FOTO+VİDEO


Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən AKINCI layihəsi çərçivəsində Baykar tərəfindən milli və yerli olaraq inkişaf etdirilən Pilotsuz Uçuş Aparatı (PUA) Bayraktar AKINCI C ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə PUA-nın istehsal edildiyi Baykar şirkəti məlumat yayıb.

Beləliklə, Bayraktar AKINCI TİHA-nın 2X850 mühərrik gücünə malik üçüncü versiyası səmaya qalxıb.

Bayraktar AKINCI C 2X850 mühərrikləri içərisində cəmi 1700 güclə öz sinfinin ən təsirli və bacarıqlı döyüş sursatlarından olacaq.

Bu gün həyata keçirilən sınaq fəaliyyətində Bayraktar AKINCI C 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametr addımları uğurla sınaqdan keçirilib.

Qeyd edək ki, ilk uçuşunu 6 dekabr 2019-cu ildə həyata keçirən Bayraktar AKINCI TİHA, 29 avqust 2021-ci ildə inventarlaşdırılıb.

Son zamanlar 2X450 HP Bayraktar AKINCI A və 2X750 HP Bayraktar AKINCI B başda Azərbaycan olmaqla, Türkiyənin müttəfiq ölkələri, eləcə də Türkiyə təhlükəsizlik qüvvələrinin inventarına qoşulmağa başlayıb.
Prezident İlham Əliyev və Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar 2024-cü il fevralın 9-da Azərbaycan inventarına daxil olan Bayraktar AKINCI TİHA-nın ilk uçuşunu izləyiblər.






/Bizim.Media/


MANŞET XƏBƏRLƏRİ