Zelenskinin təyyarəsi dron tərəfindən vurulmaq təhlükəsi ilə üzləşib


Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan uçarkən dron hücumu təhlükəsi ilə üzləşib.

Turkustan.az xəbər verir ki, “RBC-Ukrayna”nın yaydığı məlumatına görə, bunu Norveçin Baş naziri Yonas Qar Styore NRK-ya açıqlamasında bildirib.

Norveç hökumətinin başçısı Ukrayna prezidentinin Osloya gedərkən qarşılaşdığı təhlükədən danışıb.

“Onun təyyarəsi Moldovadan havaya qalxarkən az qala dron tərəfindən vurulacaqdı. Onun üzləşdiyi reallıq məhz budur”, — deyə Styore vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski Norveç kralı V Haraldın dəfn mərasimində iştirak etmək üçün ölkəyə səfər edib.

Osloda Zelenski Yonas Qar Styore ilə görüşüb. Danışıqlar zamanı tərəflər Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, xüsusilə “Patriot” sistemləri üçün raket-müdaxilə vasitələrinin təmin edilməsini müzakirə ediblər./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ