“Sabah” “Mançester Yunayted”lə qarşılaşır


Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.

Turkustan.az xəbər verir ki, Bakı təmsilçisi İngiltərədə turnirin favoritlərindən olan “Mançester Yunayted”lə üz-üzə gələcək.

“Old Trafford” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu FIFA referisi, fransalı Villi Delajo idarə edəcək.

“Sabah” üçün bu görüş klub tarixində xüsusi əhəmiyyət daşıyır. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə mübarizə aparır və debüt oyununu İngiltərə nəhənginə qarşı keçirir.

Qeyd edək ki, “Sabah” növbəti matçını oktyabrın 13-də Bakıda Çexiyanın “Slaviya” klubuna qarşı keçirəcək. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ