ABŞ ordusu narkotik daşıyan qayığı vurdu: 3 nəfər öldü


ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən qayığa zərbə endirib.

Turkustan.az xəbər verir ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM) açıqlamasında Qərb Yarımkürəsi Birgə Operativ Qüvvələrinin Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu müəyyən edilən qayığa hücum təşkil etdiyi bildirilib.

Açıqlamada hücum nəticəsində üç “narko-terrorçunun” öldürüldüyü qeyd olunub.

ABŞ ordusu son dövrlərdə beynəlxalq narkotik kartellərinə qarşı əməliyyatlarını gücləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ