Quzey Kıbrısda 3 günlük matəm elan edildi


Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Girnə sahillərində batan sərnişin gəmisi ilə bağlı 3 günlük milli matəm elan edilib.

Bu barədə “Akşam” qəzeti məlumat yayıb.

Matəm, avqustun 31-dən sentyabrın 2-si günün sonuna qədər davam edəcək.

Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.

İndiyə qədər 242 nəfər xilas edilib, 8 nəfər ölüb.

17 nəfərin axtarışı davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ