Kremlin sözçüsü Dmitri Peskov Macarıstanın 10 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarının Rusiya-Macarıstan münasibətlərinə mənfi təsir göstərəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında qeyd edib ki, Macarıstanın qərarına müvafiq cavab veriləcək.
“Bu, ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək. Lakin biz münasibətlərimizi daha da inkişaf etdirməyə açığıq. Rusiya-Macarıstan münasibətlərinin dəyərli irsinə hər hansı zərər vurulmasının tərəfdarı deyilik. Lakin Macarıstanın qərarına müvafiq cavab veriləcək. Bu hərəkətlər cavabsız qalmayacaq”, – deyə Peskov bildirib.
O, həmçinin Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı yol xəritəsinin hələ müəyyən edilmədiyini, lakin Moskvanın ABŞ-ın da iştirak etdiyi üçtərəfli danışıqlara açıq olduğunu deyib.
Aytən Yaşar/ Turkustan.az