Azərbaycanlı şair Özbəkistan Prezidentinə məktub ünvanladı


Azərbaycanlı gənc şair, Prezident təqaüdçüsü Tural Turan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə məktub ünvanlayıb

Məktubda deyilir:

Çox hörmətli Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyev!

Zati-Aliləri!

Sizi və qardaş özbək xalqını Özbəkistanımızın Müstəqilliyinin 35-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Sizin yorulmaz və uzaqgörən fəaliyyətiniz nəticəsində son illərdə dost və qardaş Özbəkistan dövləti sürətlə inkişaf etməkdədir. Qardaş Özbəkistanın hərtəfli, çoxşaxəli inkişafı bizi - Azərbaycanın ədəbiyyat və mədəniyyət nümayəndələrini, eləcə də bütün Azərbaycan xalqını ürəkdən sevindirməkdədir.

Cənab Prezident! Özbəkistanın uğurlarını öz uğurlarımız kimi qəbul edirik!

Çox hörmətli Şavkat müəllim, Sizin Özbəkistan ədəbiyyatı və qardaş ölkəmizin mədəniyyət sahəsində qlobal müstəvidəki naliyyətlərində xidmətləriniz əvəzsizdir, danılmazdır.

2018-ci ildə Türküstan coğrafiyasının mədəni və mənəvi paytaxtı, başkəndi sayılan Səmərqənddə təşkil olunan Şeir Axşamlarında iştirak etdim. O zaman mən qardaş ölkəmizə özbək dilində çap olunan şeirlər kitabımla təşrif buyurmuşdum. Səkkiz il öncəki səfərim zamanı canbir, qanbir özbək qardaş və bacılarımın yüksək qonaqsevərliyinə şahid oldum.

Sizin rəhbərliyiniz altında qardaş Özbəkistan dövlətinin sürətli inkişafının və yüksəlişinin parlaq nümunələrini Daşkənd, Səmərqənd və digər şəhərlərin timsalında gözlərimlə gördüm.

Zati-Aliləri!

Səmərqənd Şeir Axşamlarında çıxış edərkən bildirmişdim ki, yaxın gələcəkdə qardaş Özbəkistan Respublikası, xüsusən də tarixi Səmərqənd şəhəri Türk dünyasının ədəbiyyat və mədəniyyət paytaxtına çevriləcək. Bu gün artıq sizin uzaqgörən siyasətiniz sayəsində və nəticəsində bunun şahidi oluruq!

Zati-aliləri!

Modern özbək ədəbiyyatının şanlə nümayəndələri, xüsusən də istedadlı gənc özbək yazarlar dünyada gedən ədəbi proseslərin və yeniliklərin aktiv iştirakçılarıdırlar.

Cənab Prezident!

Bu gün Sizlə və Azərbaycan Prezidenti cənab İlham Əliyev arasındakı möhkəm dostluq, qardaşlıq münasibətləri iki ölkə arasındakı əlaqələrin son illərdə daha da sürətli inkişafına gətirib çıxarmışdır. İki ölkə arasındakı çoxşaxəli sıx münasibətlər Özbəkistan və Azərbaycan şairlərinin, yazıçılarının müntəzəm qarşılıqlı səfərlərinə, ədəbi-mədəni əlaqələrin daha da yüksəlişinə, eyni zamanda, ədəbi imzaların bir-birlərini daha yaxından tanımalarına, gətirib çıxarmışdır.

Cənab Prezident Mirziyoyev!

Ümid edirəm ki, bundan sonra da özbək və azərbaycanlı gənc şairlər, yazıçılar arasındakı ədəbi-mədəni əlaqələr daha dərindən inkişaf edəcək.

Hörmətli Prezident!

Sevindirici haldır ki, bu uğurların altında məhz Sizin imzanız vardır! Sizə və qardaş özbək xalqına bu əziz bayram günündə böyük uğurlar və saysız-hesabsız nailiyyətlər arzu edirəm! Özbəkistan və Azərbaycan dövlətlərinin müstəqilliyi, şanlı dövlətçilik yolu əbədi, daimi olsun!

Dərin sevgi, hörmət və ehtiramla Turan Tural

Azərbaycan şairi

Prezident təqaüdçüsü


MANŞET XƏBƏRLƏRİ