Qərbi Azərbaycana həsr olunan verilişdə Azərbaycan gəncliyinin baxışı və digər mövzularla bağlı təhlillər aparılıb


Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Qərbi Azərbaycan irsinə dair tədqiqatlar” layihəsi çərçivəsində Qərbi Azərbaycanla bağlı tədqiqatları davam etməklə bərabər, televiziya verilişlərinin çəkilişi həyata keçirilir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində SƏS TV-də 9 sentyabr tarixində çəkiliş olub. Verilişin aparıcısı, layihə rəhbəri Əkrəm Bəydəmirli, qonaqlar Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin professoru Jalə Əliyeva, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni olub.

Verilişdə Qərbi Azərbaycanla bağlı analitik təhlillər aparılıb. Millət vəkili Jalə Əliyeva Qərbi Azərbaycan məsələsində ümumi Azərbaycan gəncliyinin baxışı və minilliklər boyu formalaşmış maddi-mədəni irsimizi silmək üçün ermənilərin həyata keçirdiyi siyasətin fəsadlarından danışıb. J.Əliyeva həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında təmsil olunduğu Milli Məclisin önəmli rolunu, parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb.

Digər iştirakçı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni Qərbi Azərbaycan məsələsində Azərbaycan gəncliyinin baxışı və Vətəndaş Cəmiyyətinin bu proseslərə verdiyi töhfələrdən danışıb. QHT sədri Qərbi Azərbaycana dinc qayıdış prosesində, əsl həqiqətlərin dünyaya çatdırılmasında ictimai sektorun yetərincə potensialının olduğunu qeyd edib.

Veriliş montaj olunduqdan sonra geniş auditoriyaya təqdim olunacaq.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ