"Beş nəfəri artıq dəfn etmişik. Bu, sözün bitdiyi yerdir, nə deyəcəyimizi bilmirik. Həqiqətən də, sözün qurtardığı yerdir. Belə bir faciədir".
Zərdabda baş vermiş faciə nəticəsində həlak olanların yaxınları Baku TV-yə danışıblar.
Onlar bildiriblər ki, həyatını itirən Qalib Məhəmmədovun qızının uzun müddət övladı olmayıb: "Təxminən 15 il övlad sahibi ola bilməyiblər. İllər sonra bir qız övladı dünyaya gəldi.
Ailə üzvlərinin bildirdiyinə görə, uşağın artıq 6 yaşı var və məktəbə getməyə hazırlaşırdı. Qohum-qonşuların iştirakı ilə kiçik bir məclis keçirmək istəyiblər. Qohumlarla birlikdə restoranda yığışıblar.
Hamı dağılışdıqdan sonra müəllim oğlu ilə birlikdə avtomobildə qalıb. Belə qərara gəliblər ki, hamı öz avtomobili ilə getsin və onlar da bir avtomobillə yola düşüblər. Nəticədə belə bir faciəli hadisə baş verib".
18:36
Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub.
Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, Məmmədqasımlı kənd sakinlərinin sözlərinə görə, avtomobildə qəzaya düşən ailə üzvləri qəza zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsinin ilk tədris ili və ad günü münasibəti ilə məclis təşkil ediblər.
Qeyd olunub ki, qəza anında avtomobili idarə edən Elyar Məhəmmədov Qalib Məhəmmədovun oğludur. Qəzada xəsarət alan Reyhan Məhəmmədova isə Elyar Məhəmmədovun həyat yoldaşıdır. Səkinə Məhəmmədova isə Qalib Məhəmmədovun qardaşının həyat yoldaşıdır. Susanna Məhəmmədova Səkinə Məhəmmədovanın gəlini, Mehriban Kərimova isə qızıdır.
Məlumata görə, Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi olub, həmçinin 2-ci Qarabağ müharibəsində iştirak edib. Qalib Məhəmmədov uzun müddət Məmmədqasımlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.
Şəkildə: Susanna Məhəmmədova, qəzadan tək sağ çıxan şəxs Reyhan Məhəmmədova:

Şəkildə: Qalib Məhəmmədov və Qarabağ qazisi Elyar Məhəmmədov:
