Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin Qəzzadakı vəziyyətə reaksiya verməkdə gecikdiyini və adekvat addımlar atmadığını bildirib.
Turkustan.az xəbər verir ki, Börnhem sosial media hesabında paylaşdığı açıqlamada dünyanın daha təhlükəli vəziyyətə gəldiyini qeyd edib.
O, Britaniyanın Avropa İttifaqından çıxmasından sonrakı 10 il ərzində ölkəsinin öz dəyərlərinə rəhbərlik etmək və onları müdafiə etmək inamını itirdiyini bildirib.
“Bu dəhşətli əzabların davam etdiyi və regionda sülh və sabitlik üçün ən böyük ümid olan iki dövlətli həll vizyonunun hücuma məruz qaldığı bir vaxtda mən boş dayana bilmərəm”, – deyə Börnhem bildirib.
Baş nazir Britaniyanın illərdir Yaxın Şərqdə iki dövlətli həlli müdafiə etdiyini xatırladaraq, sözlərin konkret addımlarla dəstəklənmədiyi təqdirdə mənasız olduğunu vurğulayıb.
“Biz İsrail əleyhinə olmaqda ittiham olunmaqdan qorxaraq uzun müddət hərəkət etməkdən çəkinmişik”, – deyə Börnhem qeyd edib.
Aytən Yaşar/ Turkustan.az