ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasının noyabr ayında keçiriləcək ara seçkilərdə Konqresə nəzarəti saxlaması halında hər bir yetkin amerikalıya 5000 dollar ödəniləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp bu vədi Respublikaçılar Partiyasının ilk aralıq qurultayında səsləndirib və ödənişi “Tramp dividendi” adlandırıb.
Trampın açıqlamasına görə, təklifin həyata keçirilməsi üçün Respublikaçıların Konqresdə nəzarəti qoruması vacib şərtdir. Lakin ödənişlərin hansı mexanizmlə həyata keçiriləcəyi və bunun hüquqi baxımdan mümkün olub-olmayacağı hələ məlum deyil.
ABŞ-da təxminən 270 milyon yetkinin yaşadığı nəzərə alınarsa, 5000 dollarlıq ödənişlərin ümumi dəyəri təxminən 1,35 trilyon dollar təşkil edə bilər.
AYtən Yaşar/ Turkustan.az