Ağ Evin yüksək vəzifəli rəsmiləri ABŞ Prezidenti Donald Trampa İranla hərbi gərginliyin onun prezidentlik müddətinin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin hökumət rəsmilərinə istinadən yaydığı məlumata görə, Trampın köməkçiləri, o cümlədən vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio, İranın Vaşinqtonun tətbiq etdiyi hərbi və iqtisadi təzyiqlərə müqavimət göstərməyə davam edə biləcəyini bildiriblər.
Məlumata görə, bu vəziyyət ABŞ-İran qarşıdurmasının Trampın prezidentlik müddətinin başa çatacağı 2029-cu ilin yanvarına qədər və hətta ondan sonra da uzanması ehtimalını artırır.
Ağ Ev rəsmilərinin Trampa xəbərdarlığının mümkün uzunmüddətli hərbi qarşıdurma ilə bağlı olduğu bildirilir.
Aytən Yaşar/ Turkustan.az