Norveçin Baş naziri Jonas Qahr Store Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsinin Moldovadan Norveçə uçarkən dron hücumuna məruz qalmaqdan son anda xilas olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Store bu məlumatı Zelenskinin təyyarəsinin tranzitdə olduğu vaxt Moldova hava məkanının hədəfə alındığını açıqlayarkən səsləndirib.
Baş nazir dronun təyyarəyə nə qədər yaxınlaşdığını və məlumatın mənbəyini açıqlamayıb.
Zelenski Osloda Norveç kralı V Haraldın dəfn mərasimində iştirak edib. O, mərasimdən dərhal sonra Norveçi tərk edib.
Aytən Yaşar/ Turkustan.az