Tramp Hörmüz boğazına öz adının verilməsini TƏKLİF ETDİ


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının dəyişdirilərək "Tramp boğazı" (Trump Strait) qoyulmasını təklif edib. O, bu bölgənin artıq ABŞ-nin nəzarəti altında olduğunu və buna görə də ona yeni ad verilə biləcəyini bəyan edib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

"İndi ki biz ABŞ-nin nəzarətini bərqərar etmişik, Hörmüz boğazının adını Tramp boğazı olaraq dəyişdirməli deyilikmi??? Amerikanın özü kimi, bura da həmişəkindən daha “isti” olacaq!" – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti paylaşımını bu sözlərlə tamamlayıb:

Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm".

Bundan əvvəl də ABŞ Prezidenti dəfələrlə Hörmüz boğazının xəritələrini dərc edərək, oranı "ABŞ ərazisi" adlandırıb./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ