İsrailin müdafiə naziri Yisrael Katz İranın İsrailə hücum edə biləcəyini iddia edərək, ölkəsinin buna qarşı hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Katz “Yedioth Ahronoth” qəzetinin təşkil etdiyi konfransda çıxışı zamanı İranın sentyabr ayında yəhudi bayramları dövründə İsrailə hücum edə biləcəyini irəli sürüb.
İsrail müdafiə naziri ABŞ-ın İrana qarşı iqtisadi təzyiqinin artmasının Tehranın mümkün hücum riskini yüksəltdiyini iddia edib.
“ABŞ-la koordinasiyalı şəkildə həm müdafiə, həm də hücum üçün hazırlaşırıq. Təyyarələrimiz uçuşa hazırdır”, – deyə Katz bildirib.
Aytən Yaşar/ Turkustan.az