İsveçrə hicabla bağlı addım atdı: Təklif qəbul edildi


İsveçrənin Sürix kantonunda dövlət məktəbləri və uşaq bağçalarında hicabın qadağan olunması ilə bağlı təklif qəbul edilib.

Turkustan.az xəbər verir ki, Sürix Kanton Məclisi sağçı İsveçrə Xalq Partiyasının (SVP) təqdim etdiyi təklifi 87 lehinə, 82 əleyhinə və 6 bitərəf səslə dəstəkləyib. Təklif dövlət məktəbləri və uşaq bağçalarında qız və qadınların dini baş örtüyündən istifadə etməsinin qadağan olunmasını nəzərdə tutur.

Təklifin tərəfdarları hicabın qızlara qarşı dini təzyiq və ayrı-seçkiliyin simvolu olduğunu iddia edərək, onun dövlət məktəblərinin demokratik dəyərləri ilə uyğunlaşmadığını bildiriblər.

Qərara əsasən, Sürix kanton hökuməti qadağanın hüquqi çərçivəsini hazırlamalıdır. Qadağa hələ qüvvəyə minməyib və bunun üçün qanunvericilik prosesi başa çatdırılmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ