Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı


Parisdə Azərbaycanda həbsdə olan erməni separatçılarına həsr olunan sərginin rəsmi açılışı ləğv edilib.

Turkustan.az xəbər verir ki, bu barədə erməni nəşri “Nouvelles d’Arménie” məlumat yayıb.

Sərginin sentyabrın 2-də Paris meriyasının qarşısındakı meydanda açılması planlaşdırılırdı.
Nəşrin məlumatına görə, qərar Azərbaycan tərəfinin Fransa hakimiyyətinə müraciətindən sonra qəbul edilib. Bununla belə, erməni icmasının həmin ərazidə keçirməyi planlaşdırdığı aksiya ləğv olunmayıb.

Qeyd edək ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva daha əvvəl sərginin keçirilməsinə etiraz edərək Paris merinə məktub göndərmişdi./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ