Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Ərhürman Girnə sahillərində batan “Filo Jet” yüksək sürətli sərnişin gəmisinin tapıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Ərhürman bildirib ki, gəminin tapılmasından sonra ərazidə baxış və axtarış əməliyyatları fasiləsiz davam etdiriləcək.
“Baxış və axtarış əməliyyatları 24 saat davam edir. Onlar fasiləsiz davam edəcək”, – deyə Ərhürman bildirib.
Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “TCG Alemdar” gəmisi də batan sərnişin gəmisinin axtarış-xilasetmə əməliyyatlarına dəstək vermək üçün Girnə sahillərinə göndərilib.
“TCG Alemdar” gəminin qalıqlarına aid olduğu ehtimal edilən əşyanın aşkarlandığı ərazidə fəaliyyət göstərir. Axtarış əməliyyatlarında “TCG Işın” gəmisi də iştirak edir.
Aytən Yaşar/ Turkustan.az