Budur 10 dənizçinin kimliyi! Gəmi sahibi çox sərt danışdı: Xəyanət


İstanbulun Silivri sahilləri yaxınlığında “Alsu” və “Tuğberk İmamoğlu” adlı iki türk bayraqlı ticarət gəmisinin toqquşması nəticəsində “Tuğberk İmamoğlu” gəmisinin batdığı bildirilir.

Turkustan.az xəbər verir ki, gəmidəki 10 heyət üzvü ilə əlaqə kəsilib və onların axtarışı davam edir.

Qəza Silivridən təxminən 18 dəniz mili cənubda baş verib. Kocaelidən Əliağaya gedən 90 metr uzunluğundakı “Alsu” ilə İskəndərun limanından Karadeniz Ereğliyə hərəkət edən “Tuğberk İmamoğlu” toqquşub. İlkin məlumata görə, “Alsu” gəmisində görünən ciddi zərər qeydə alınmayıb.

“Tuğberk İmamoğlu” gəmisinin sahibi Tahsin Doğruyol isə “A Haber”ə açıqlamasında qəza ilə bağlı qarşı tərəfi günahlandırıb. Onun sözlərinə görə, gəminin kapitanı toqquşmadan əvvəl “Alsu” gəmisinə bir neçə dəfə xəbərdarlıq edib.

Doğruyol həmçinin toqquşmadan sonra qarşı tərəfin 32 dəqiqə ərzində yardım çağırmadığını və hadisə yerini tərk etdiyini iddia edib.

Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır. Rəsmi qurumların açıqlamalarında bu iddiaların təsdiqləndiyi barədə məlumat yoxdur. Axtarış-xilasetmə əməliyyatları Sahil Təhlükəsizliyi və digər aidiyyəti qurumların iştirakı ilə davam etdirilir.

Bu arada, batmış "Tuğberk İmamoğlu" ticarət gəmisində itkin düşmüş heyət üzvlərinin axtarışı və xilasetmə işləri fasiləsiz davam edir. Axtarış zamanı itkin düşmüş 10 heyət üzvünün şəxsiyyəti və vəzifə siyahısı paylaşılıb.

Əldə edilən məlumata görə, batmış gəmidə axtarılan personalın adları və vəzifələri aşağıdakılardır:

Yaşar Kayhan (Kapitan), Rəhmi Temel (1-ci Zabit), Atakan Alagöz (3-cü Kapitan), Aydın Dəmirçi (Baş Mühəndis), Gencer Aydın (2-ci Mühəndis), Eyüp Enes Cesur (Yağçı), Nidai Duman (Göyərtə ustası), Nacican Keskin (Usta Dənizçi), Onuralp Dəmir (Dənizçi) MirzaCookki

Sahil Mühafizəsi və Sahil Təhlükəsizliyi Baş İdarəsi qruplarının iştirakı ilə bölgədə aparılan axtarış-xilasetmə əməliyyatları böyük diqqətlə həyata keçirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ