Polşa Almaniya və Litva ilə sərhədlərində tətbiq etdiyi müvəqqəti nəzarət tədbirlərini 30 mart 2027-ci ilədək uzadıb.
Turkustan.az xəbər verir ki, Polşa Daxili İşlər Nazirliyinin açıqlamasında qərarın Belarus və Baltikyanı ölkələr üzərindən davam edən miqrasiya marşrutu və qanunsuz miqrasiya riski ilə əlaqədar qəbul edildiyi bildirilib.
Nazirliyin məlumatına görə, sərhəd nəzarətinin tətbiqindən bu yana Polşa ilə Almaniya arasındakı sərhəddə 4,3 milyondan çox şəxs yoxlanılıb. Onların əksəriyyətini Polşa, Almaniya, Estoniya, Litva və Ukrayna vətəndaşları təşkil edib.
Bu müddət ərzində təxminən 2 300 nəfərin Polşaya girişinə icazə verilməyib. Həmçinin qanunsuz sərhəd keçidlərinin təşkilinə və ya bu prosesə yardım göstərməyə görə 130 nəfər saxlanılıb.
Polşa hökuməti sərhəd nəzarətinin uzadılmasını bölgədə davam edən miqrasiya təzyiqi ilə əsaslandırıb.
Aytən Yaşar/ Turkustan.az