Perunun Xarici İşlər Nazirliyi İranla diplomatik münasibətlərin dayandırıldığını elan edib.
Turkustan.az xəbər verir ki, Nazirliyin açıqlamasında qərarın İranın nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməməsi və nüvə obyektlərinə beynəlxalq yoxlamaların aparılmasına mane olması ilə əlaqələndirildiyi bildirilib.
Peru hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin İrandakı nüvə obyektlərinə girişinin dəfələrlə məhdudlaşdırılmasını tənqid edib və beynəlxalq yoxlamaların tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, açıqlamada Hörmüz boğazında beynəlxalq gəmiçilik və ticarətin təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə olunub. Peru tərəfi boğazda beynəlxalq ticarətin pozulmasına görə İranı məsuliyyət daşımaqda ittiham edib.
Nazirlik diplomatik əlaqələrin kəsilməsi qərarının Perunun sülhə və beynəlxalq hüquqa sadiqliyindən irəli gəldiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az